Azərbaycanda sosial şəbəkələr bağlana bilər?

Azərbaycanda sosial şəbəkələr bağlana bilər?Milli Məclisin deputatı, millət vəkili Hadi Rəcəbli xarici bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət və onun atributlarına qarşı təxribatlar yayan saytların və sosial şəbəkələrin bağlanılmasının vacibliyini vurğulayıb. Hadi Rəcəbli deyib:
"Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır".

Bəs ölkəmizdə dövlət və onun atributlarına qarşı təxribatlar yayan, təhdid kampaniyası ilə məşğul olan sosial şəbəkələrin fəaliyyəti dayandırıla bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü millət vəkili Fazil Mustafa Sonxeber.az-a açıqlamasında ölkəmizdə sosial şəbəkələrin bağlanılmasının yolverilməz olduğunu bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrin bağlanması, internet resurslarına çıxışın məhdudlaşdırılması dünyada ölkənin imici üçün müsbət qiymətləndirilmir. Bu fikir qeyri-realdır. Çünki, insanlar informasiya əldə etmək üçün lazımi məkanları tapacaqlar. İnternet məkanından ayrı qalmaq mümkün deyil:

"Sosial şəbəkələrin fəaliyyətinin dayandırılması Azərbaycan üçün mənfi nəticələr verə bilər. Ola bilər ki, bu fikir doğru anlaşılmayıb. Hansısa bir sosial şəbəkənin bağlanması dünyadan təcridolunma yoludurmu!? Bu fikir inandırcı deyil. İnanmıram millət vəkili Hadi Rəcəbli belə bir fikir səsləndirsin.

F. Mustafa vurğulayıb ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli fikirlərin qarşısını almaq üçün müvafiq dövlət qurumları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, müxtəlif Fondlar bu istiqamətdə öz işləri ilə məşğul olmaq əvəzinə daha passiv fəaliyyət göstərərlərsə, ölkəmizə qarşı bu cür neqativ halların olması baş verə bilər:
"Müəyyən dərəcədə dövlət büdcəsindən maliyyələşən təşkilatlar öz funksional fəaliyyətlərini normal qaydada yerinə yetirməlidirlər ki, bu cür təhdid kampaniyasının qarşısını almaq mümkün olsun. Vaxtında profilaktik tədbirlər aparılmadığına görə, ölkədə təxribatyönümlü problemlərin baş verməsi yaşanır. Bu məsələdə sosial şəbəkənin bağlanması çıxış yolu deyil. Müasir dövrdə internet xətti hava ilə çəkilir, dünya artıq qlobollaşıb. Sosial şəbəkələrin bağlanması yolverilməzdir", - deyə millət vəkili əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1362   Tarix: 29 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib. "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Qəza axşam saatlarında M4 Minsk - Mogilev magistralında

19.05.2024 163
.

Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Fərat qalxan"ı əməliyyatı bölgəsində PKK-nın beş terrorçusunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Terrora və terrorçulara heç bir yerdə keçid yoxdur. Qəhrəma

19.05.2024 108
.

Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir

"Sülh tərəfdarı olduğu üçün radikallaşmış bir fanatik tərəfindən Avropa ölkəsinin baş nazirinə sui-qəsd cəhdi başqalarının fikirlərinə dözümsüzlüyün nəticələrinin bariz nümunəsidir. Rusiya və Ukrayna arasında müharibədən yaranan ehtiraslar Avropada nifrət alovlandıranda, sülh üçün səslər silah səslər

19.05.2024 157
.

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı

19.05.2024 177
.

Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

19.05.2024 194
.

İbrahim Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. xəbər verir ki, "Fars" xəbər agentliyi Rəisini daşıyan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyini və Rəisinin quru yolu ilə Təbrizə getdiyini açıqlayıb. Dövlət televiziyası həmçinin qəz

19.05.2024 787
.

Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətə göndərilmə üzrə müqavilə bağlanması yolu ilə məhkumların şərti azadlığa buraxılması haqqında qanun imzalayıb. Bu barədə qanun layihəsinin sənədində bildirilib. Qeyd edək ki, bir gün əvvəl ədliyyə nazirinin müavini Yelena Vısotskayanın bəyanatına görə

19.05.2024 246
.

Aygün Kazımova saatlarla ASILI QALDI - VİDEO

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" klipindən kadrarxası görüntüləri paylaşıb. xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. Obrazı yaratmaq üçün uzun hörüklərdən istifad

19.05.2024 1695
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19.05.2024 135