"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHI

"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHIAzərbaycanda deputatların gündəlik həyatda baş verən hadisələrə fikir bildirməsi xalq tərəfindən müzakirə edilir. Eyni zamanda Milli Məclisin iclası zamanı millət vəkillərimizin təklifləri əhali tərəfindən birmənalı qarşılanmır. Bu isə bəzən xalqın qəzəbinə səbəb ola bilir.

BiG.AZ səsləndirdiyi fikirlərə görə xalq tərəfindən müzakirə edilən deputatların siyahısını təqdim edir:

"O yaşlı qadını heç kim süpürgəçi işləməyə məcbur etmir"

Bu gün sosial şəbəkələrdə izləyicilərin ən çox müzakirə etdiyi mövzu küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu olub. Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin məsələyə adi yanaşması əhalinin qəzəbinə səbəb olub. Deputatın Oxu.Az-a açıqlamasında müzakirələrə səbəb olan fikirlərini təqdim edirik:

"Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır".

***

"Deputat maaşı ilə dolana bilmirəm"

Ölkədə maksimum əmək haqqının 300-350 manat olduğunu nəzərə alsaq, millət vəkili Vahid Əhmədovun maaşından narazılıq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Onun sözlərinə görə, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir:

"Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim".

"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHI***

"Bunu uşaqları öyrədib əlinə molotov kotleti verib polisə hücum edən insanlardan soruşun"

Millət vəkili Siyavuş Novruzovun Molotov kokteyli əvəzinə "Molotov kotleti" deməsi də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. YAP-çı deputatın gənclərin məhkəməyə düşməsinə görə onları öyrədənlərin məsuliyyət daşımasını bildirərkən səsləndirdiyi fikirləri təqdim edirik:

"Bunu uşaqları öyrədib əlinə molotov kokteyli verib polisə hücum edən insanlardan soruşun. Niyə xalqın uşaqlarını bədbəxt edirsiz? Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin hardan çıxıdı? İndidən hələ çıxmamış qərarın üstünə kölgə salmaq olmaz. Hüquq müstəvisində çıxarılan qərardan narazı olanlar digər instansiyalara müraciət edə bilər. Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ölkədə dəfələrlə əfv fərmanları verilib. Ona görə yox ki kimsə siyasi partiyanın üzvdürsə, o, əfvə düşəcək. Kimin maddəsi bura düşürsə, o, azad oluna bilər. İxtisasından asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir".

***

"Niyə şiş Azərbaycanda istehsal olunmur?"

Deputat Sahib Alıyevin ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahatlıq hissi keçirməsi də olduqca müzakirələrə səbəb olub. O, ölkəmizdə kabab bişirən şişlərin istehsal olunmamasından danışıb. Qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da onu bişirən şiş Azərbaycanda istehsal olunmur: "Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevirik, "millidir" deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun".

"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHI***

"Müəllim 100-200 manatla dolana bilmirsə, işdən sonra fəhləlik etsin"

Millət vəkili Hadi Rəcəbli müəllimlərin əməkhaqqı məsələsinə toxunarkən etdiyi təkliflə hər kəsi təəccübləndirib. Az əmək haqqı alan müəllim heyətinə maraqlı çıxış yolu göstərən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri bildirib:

"Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?"

Deputatın bu təklifi heç də hamı tərəfindən birmənalı qarşılanmayıb və o, sosial şəbəkələrdə çoxsaylı insanlar tərəfindən tənqidə məruz qalıb.
"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHI***

"Rusiyaya işləməyə gedənlər bizim cəmiyyətin "otxod"larıdır"

Millət vəkili Astan Şahverdiyevin "Rusiyaya işləməyə gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxod"larıdır" sözləri cəmiyyətdə böyük rezonans doğurub.

"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHI***

"Facebook-da şərh yazmaq üçün pasportla qeydiyyat tətbiq olunsun"

Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov təklif etmişdi ki, Facebook-da şərh yazmaq üçün pasportla qeydiyyat tətbiq olunsun. Təklif parlamentdə «İnformasiya, informasiyalaşma, informasiyanın mühafizəsi haqqında» Qanunun müzakirəsi zamanı səslənmişdi. O zaman həmin fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açmış, tənqidçilər bunu hakimiyyətin müstəqil fikirliləri nəzarətə almaq niyyətiylə izah olunmuşdu.

"Ölən qadını heç kim məcbur süpürgəçi işlətmir"-Deputatlarımızın rezonans doğuran fikirləri - SİYAHIRuhi Muradova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8735   Tarix: 29 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 216
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 751
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 352
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 184
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 409
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 441
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 143
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 221
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1647