"Düşmən dəyirmanına su tökənlər də az deyil" - Firdovsi Umudov

"Düşmən dəyirmanına su tökənlər də az deyil" - Firdovsi Umudovİlham Əliyevin 15 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycanın idman sahəsindəki inkişafı danılmazdır.

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov unikal.org-a bildirib ki, Prezident İlham Əliyev bu müddət ərzində Azərbaycanı idman ölkəsinə çevirib:

"Son 15 ildə bütün sahələrdə olduğu kimi idmanda da qazanılan uğurlar göz qabağındadır. Beynəlxalq yarışların keçirilməsi ən inkişaf etmiş ölkələrə həvalə edilir. Son 15 ildə ölkəmizdə Avropa, Dünya çempionatları keçirilib. Rayonlarımızda idmanın bütün növlərinin maddi texniki bazası yaxşılaşdırılıb. Yüzlərlə Olimpiya İdman Kompleksləri, bazalar tikilərək istifadəyə verilib. Beynəlxalq aləmdə yarışların keçirilməsi ən inkişaf etmiş ölkələrə həvalə edilir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Bundan əlavə Azərbycan 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Yay Olimpiya Oyunlarında, Avropa Oyunlarında və digər beynəlxalq səviyyəli yarışlarda qazanılan nəticələr bir daha sübut edir ki, idmana olan diqqət-qayğı yüksək səviyyədədir. Rio Olimpiya Oyunlarında xarici mütəxəsislər ölkəmizdə keçirilən idman yarışlarının səviyyəsindən, yüksək səviyyəli təşkilatçılıqdan razılıq edirdilər. Ölkəmizdəki bütün bu uğurlara kölgə salmağa çalışanlar var. Yəni düşmən dəyirmanına su tökənlər də az deyil. Buna baxmayaraq biz qazandığımız uğurlarla ölkəmizdəki inkişafı, diqqəti sübut edirik. Bu uğurlara sevinməyənləri azərbaycanlı adlandırmıram. Düzdür, bəzi "qara qüvvə"lər də var ki, bunları görməzdən gəlir. Biz idmançılar hər zaman cənab prezidentin ətrafında sıx birləşmişik və dəstəkləyirik. Bunlara rəğmən uğurlu nəticələrimizlə dövlətimizi və onun inkişafını istəməyən bəzi qüvvələrə öz gücümüzü sübut edirik, edəcəyik də.. ".

Firdovsi Umudov prezidentlə görüşdə və onun idmançılara tövsiyəsindən də söhbət açıb:

"Təbii ki, cənab prezident bizimlə görüşlərdə hər zaman uğurlarımıza görə bizi təbrik edib. Görüşlər zamanı idmançıların hazırlıqları, yarışları ilə maraqlanıb. Onu deyərdim ki, İlham Əliyev bütün Azərbaycan vətəndaşının prezidentidir, hər bir vətəndaşın yanındadır, onların problemləri ilə yaxından tanış olur.

Cənab prezidentlə sonuncu dəfə Milli Olimpiya Komitəsinin 25 illik yubleyində görüşdük, Hacı Əliyevin 3-cü dəfə dünya çempionu olması münasibəti ilə həm onu, həm də məni təbrik etdi. Uğurlarımızı izlədiyini vurğuladı. Bu da bizi qürurlandırdı. Amma onu da vurğulayım ki, idmançılarımızın uğurlara imza atmasının, yarışlarda çıxış edə bilməsi 90-cı illərin əvvələrinə, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonraya təsadüf edir. Mənim də güləşdiyim illərdə bir neçə dəfə ulu öndər biz idmançıları qəbul edib. Bu gün də həmin siyasi kursu cənab prezident layiqincə davam etdirir. Həmçinin idmançıların mənzil, məişət problemlərinin həllində yaxından maraqlanır.

Son olaraq onu da vurğulayım ki, bugün həm bölgələrdə, həm də paytaxtda olimpiya kompleksləri tikilir. Bu da sağlam gənclərin yetişməsi üçün stimuldur. Əsas odur ki, gənclərimiz idmanla məşğul olur. Gələcəyimiz üçün sağlam gənclər yetişir və "sağlam bədəndə sağlam ruh olar" devizi aşılanır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1350   Tarix: 27 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 355
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 300
.

"Fənərbağça"nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

"Fənərbağça" klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür. Məlumata görə, Aleks De Souza "Antalyaspor" klubunun baş məşqçisi vəzifəsinə gətirilə bilər. Sergen Yalçının "Beşiktaş"a keçmə ehtimalını düşünən "Antalyaspor" rəsmiləri Aleks D

04.05.2024 136
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 340
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 628
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 846
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 432
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 389