Əlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLAR

Əlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARPaytaxtda Novruz bayramı münasibətilə təşkil olunan şənliklərin son günüdür.

Yenicag.az "Bahar qalası"na baş çəkib, el şənliyində iştirak etdi. Amma gözümüz elə mənzərələrə şahidlik etdi ki, açığı, bir az mütəəssir olduq.

Qoşa Qala qapısından qədim Bakıya daxil oluruq, ətrafı kabab qoxusu və ərəb-fars mahnılarının sədaları bürüyüb. Qala meydanında adam əlindən tərpənmək olmur. Daha çox turistlərin qatıldığı bu şənlikdə hərə öz aləmindədir: yemək yeyən kim, səki kənarında oturub əl çalan kim, qol götürüb oynayan kim…

Şəhər sakinlərinə və turistlərə milli mətbəxin 2-3 xörəyi təqdim edilir: qutab, saciçi və kabab. Azərbaycanın məşhur qida sektorunu təmsil edən pavilyonun qarşısında iri məcməyidə böyük bir qatlama qoyulub. Qatlamanın dadına baxmaq istəyənlərin arzusu ürəyində qalır: o, nə satılır, nə də kəsilir. Növbəti pavilyonda şişlər manqalda cızıldayır.

Lülə kababın iyi müştəriyə uzaqdan gəl-gəl deyir. Qiymət 3 manatdır. Sifarişi verən müştəri bir qədər gözləməli və kababın çəkildiyi çadıra boylanmamalıdır. Çünki içəridəki mənzərə ürəkbulandırır: çirkli əllərini rəngi qaralmış əskiyə silən aşpaz qutu üstündəki lavaşları götürür, sonuncu dəfə nə vaxt silindiyi bəlli olmayan masa üstünə qoyaraq, şişləri yuxanın arasına çəkir…

Bir qədər aralıda isə təbrizli turistlərin qutab aldığını görürük. Yaxınlaşıb salamlaşırıq. Şirin ləhcələri ilə, "xanım, Novruzunuz mübarəkdi", deyə bayramımı təbrik edirlər. Öyrənirəm ki, Bakıya məhz Novruzu qeyd etmək üçün gəliblər. Milli mətbəximizə heyrandırlar. Amma bu gün aldıqları qutab ürəklərincə olmayıb. Xavər xanımın sözlərinə görə, aldığı qutabın içindən tük çıxıb. Elə bu məqamda diqqətimi əyinlərində ağ xalat olmayan başıaçıq xəmir yayan qadınlar çəkir. Hazır qutabları satan oğlan isə əlcək geyinsə də, xalatsızdır. Və bu cür xidmətin istər kulinariya, istərsə də qastranomiya qaydalarına zidd olduğunu demək mənasızdır.

igər pavilyonda isə mənzərə daha dəhşətlidir. Burada saciçi yemək satılır. Xörəyin hansı şəraitdə hazırlandığını təsəvvür belə etmək istəmirəm. Çünki gördüklərim iyrəncliyin tam əyani sübutu idi:

əynində çirkli önlüyü olan cins şalvarlı, çəhrayı köynəkli oğlan damağındakı siqareti bir kənara atıb, qulağını qaşıdı. "Ayə, gəl də…"deyərək ona səslənən həmkarına yaxınlaşıb, sacın içindəki kartof-ciyərdən götürərək, yuxaya töküb, bürmələyib, alıcıya verdi. Və ən dəhşətlisi o idi ki, dürməyi böyük həvəslə dişləyənlər arasında 10 yaşlı uşaq da vard

Nədənsə, bu məqamda yadıma illər əvvəl Berlində iştirak etdiyim Yeni il yarmarkası düşdü. Bizi müşayiət edən rəfiqəmin sözlərinə görə, bu yarmarkalarda sanitariya qaydalarına yüksək səviyyədə riayət olunur, kiçik bir səliqəsizlik cərimə ilə nəticələnir. Əsl bizim yarmarkalardakı kimi…

Görəsən, antisanitariya və özfəaliyyət şəklində insanlara necə gəldi qida təqdim edənlərə, müştəri qarşısında heç bir məsuliyyəti olmayanlara bu işi necə həvalə etmək olar?! Buna kim cavabdehdir? Görəsən, belə vaxtda harda desən orda peyda olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin cavabdeh nümayəndələri bu cür yarmarkalar zamanı harda olurlar? Yəqin istirahətə başları qarışdığından xalq üçün təşkil olunan el şənliklərinə qatıla bilmirlər. Bilsəydilər, camaata açıq havada təqdim olunan yeməklərin hansı şəraitdə hazırlandığını görüb bir irad bildirər, tədbir görərdilər. Bəlkə də görmək istəmirlər: axı onlar rəiyyət deyillər.

Rəiyyətə isə tüklü qutab, əlcəksiz aşpaz, önlüksüz satıcı…. bir də ərəb musiqisi lazımdı. Ye, iç, kef elə…

P.S. Onu da xüsusi qeyd edək ki, İçərişəhərdə olduğumuz 30 dəqiqə ərzində səsləndirilən minisovka musiqilərinin repertuarı dəyişmədi – ancaq ərəb-fars mahnıları eşidildi. Sanki bu millətin bir oyun havası yoxmuş kimi…
Əlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLARƏlcəksiz aşpaz, çirkli önlük, tüklü qutab ... – "Bahar qalası"ndan REPORTAJ+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3697   Tarix: 26 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 176
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 240
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 295
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

15:56 337
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

15:28 115
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

20:27 88
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

14:42 233
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 1575
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 251