"Belə getsə, dəmirçilik tamam unudulacaq"

Bu baxımdan xalqımız xoşbəxtdir desək, səhv etmərik. Çünki ölkəmizin elə bir regionu yoxdur ki, oranın özünəməxsus sənətkarlığı olmasın. Qədim sənət məskəni olan Quba da belə rayonlardandır.

Dövrün elmi-texniki tərəqqiyə doğru irəlilədiyi bir vaxtda qədim peşə olan dəmirçilik mənim diqqətimi cəlb etdi. Soraqlaşıb, Quba şəhərində çoxdan fəaliyyət göstərən dəmirçi sexini tapdım. Sexin ustası Şıxverdiyev Mahir Feyzulla oğlu ilə söhbətdən aydın oldu ki, o, 17 ildir bu işlə məşğuldur. Bu sənəti də atasından öyrənib. Son illər müştərilərinin azaldığını bildirən Mahir usta dedi: "Hazırda çalışdığım dəmirçixananı atam ötən əsrin 40-ci illərində Qubanın bazarının yaxınlığında inşa etdirib. O zamanlar burada belə dəmirçixanaların sayı 7 ədəd idi. Lakin sonradan bazarın şəhərin aşağı hissəsinə köçürülməsi ilə əlaqədar həmin dəmirçixanalar da yerlərini dəyişməli oldu. Bəziləri müştəri azlığı ilə bağlı fəaliyyətlərinə xitam verdilər, bəziləri də öz fəaliyyət sahələrini dəyişdilər. Onu da deyim ki, indi fəaliyyət göstərən dəmirçi sexlərinin işi dam vurmaq, istilik sobaları, onlar üçün tüstü bacaları düzəltməkdir. Biz isə təyinatmızı dəyişməmişik, o vaxtdan elə, sözün həqiqi mənasında, dəmirçiliklə məşğuluq". Daha sonra usta bildirdi: "Bu, dədə-baba sənətimdir. Böyük bir həvəslə bu sənəti davam etdirirəm. İstəmirəm ki, dəmirçilik yaddan çıxsın və unudulsun. Dəmirçilik çox ağır sənətdir. Dəmirçi gərək daim işləsin. Yəni bu böyük güc tələb edən bir peşədir.

Usta işlərinin azalmağının digər arqumentlərini də sadaladı: "Əvvəllər işimiz daha yaxşı idi. Əhalinin bütün dəmir məmulatlarına olan ehtiyacını biz ödəyirdik. Atların ayaqlarına nal vururduq, samovar, qazan, səhəng kimi əşyaları da qalaylayırdıq. O zaman heç başımızı qaşımağa vaxtımız olmurdu. Lakin indi... İndi artıq hər şey dükanlarda var, hər kəs işlətdiyi alətin yenisini çox asanlıqla ala bilir. Odur ki, son illər camaat köhnə şeylərə pul verib, təmir etdirmək istəmirlər. Belələrinin sayı azdır. Yanımıza ən çox da mis samovar, çayniklər gətirirlər". Usta Mahir: "Belə getsə, bu sənət get-gedə tamam aradan çıxacaq", - dedi. Və əlavə etdi: "İndi əsasən avtomobillərin radiatorlarında yaranmış problemləri aradan qaldırırıq. Yenə də Allah bərəkət versin. Gündəlik ruzimiz olur".

Usta ilə söhbət edərkən dəmirçixanadakı "Bismillahsız başlanan hər xeyirli iş bərəkətsizdir" sözləri yazılmış lövhə də diqqətimizi cəlb etdi. Bununla bağlı ünvanladığımız suala isə o, belə cavab verdi: Atam da Hacı olub. Özüm iki dəfə həcc ziyarətində olmuşam. Mən Allaha təvəkkül edib, evdən çıxıram və heç vaxt da bismillahsız bir işə başlamıram. Bura təşrif buyuranlara bu kəlamı xatırlatmaq məqsədi ilə də bu lövhəyə yazdırmışam.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2408   Tarix: 13 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164