71 yaşlı Cahanə nənə kişi peşəsinə yiyələnib - FOTO

71 yaşlı Cahanə nənə kişi peşəsinə yiyələnib - FOTOOğuz rayonun Qumlaq kənd sakini Cahanə Şərifova illərdir onu görənləri heyrətləndirir. Buna səbəb 71 yaşlı qadının 37 ildən artıqdır sürücülük etməsidir.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, əvvəllər musiqi müəllimi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinə də yiyələnib. Artıq 36 ildir atasının ona hədiyyə aldığı avtomobili sürür. Müəyyən imkana sahib olsa da, maşınını dəyişməyəcəyini bildirir. Çünki bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb.

Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi də alıb. Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. Öncələr rayonda qadın sürücüyə pis baxsalar da, Cahanə nənənin nümunəvi sürücülüyü hamının rəğbətinə səbəb olub.
Azərbaycanın ən yaşlı qadın sürücülərindən olan Cahanə nənə kənddə xeyirxah insan kimi də tanınır. O, hazırda da sərnişinlərin Qumlaq kəndindən Oğuz rayonuna daşınmasında öz köməkliyini göstərir. Kənd sakinləri də Cahanə nənənin sürücülüyündən çox razıdırlar.
Nənənin sözlərinə görə, boş zamanları olanda yaxın rəfiqəsi ilə maşınla gəzintidən zövq alır. İkilikdə dağ ətəyindəki sakit məkanlarda oturub dərdləşməyi çox sevirlər. Cahanə nənə dəfələrlə rayondan kənara da maşınla səyahət edib, şəxsi maşını ilə Mingəçevir, Gəncə kimi böyük şəhərlərə gedib.

Rayonda fəaliyyət göstərən maşın təmirçiləri də bu qadının olduqca diqqətli və maşınına xüsusi qayğı ilə yanaşdığını bildirirlər. Adətən o, hər həftənin 6 günü maşınını texniki baxışa gətirir və çatışmazlıqları vaxtlı vaxtında aradan qaldırır.

71 yaşlı Cahanə nənə kişi peşəsinə yiyələnib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1693   Tarix: 24 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024