Arvadını qətlə yetirən şəxs: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm" - FOTO

Arvadını qətlə yetirən şəxs: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm" - FOTOArvadını öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çxıarılıb. O, aldığı cəzanın ağır olduğunu deyir.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Ələskərov Murad Şirinbəy oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

M.Ələskərov Quba rayonu, Güləzi kəndində anadan olub, orta təhsilli, ailəli olmaqla himayəsində üç nəfər azyaşlı uşağı ulub. Əvvəllər məhkum olunmayan M.Ələsgərov fərdi əmək fəaliyyəti ilə məşğul olurmuş. Qısqanclıq zəminində arvadının öldürən M.Ələskərov aldığı cəzadan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Əvvəlcə qeyd edək ki, M.Ələskərov arvadı Ulduz Ələskərovanın onlarla eyni evdə yaşayan ögey qardaşı Şeyda Ələskərov ilə münasibətlərinin olmasından şübhələnib. Buna görə də Ulduz Ələskərovanı qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə arvadının tövləyə azyaşlı qızı Aybəniz Ələskərova ilə birlikdə girdiyini görüb, odun doğramaq üçün həyətdə saxladıqları baltanı götürərək onların arxasınca gedib.

İttihamda yazılır ki, M.Ələskərov xanımına arxadan yaxınlaşaraq, balta ilə onun sağ çiynindən bir dəfə vurub. Ulduz Ələskərova ayağa qalxıb özünü müdafiə etmək istəyib. Bu zaman mərhumun azyaşlı qızı Aybəniz Ələskərova tövlədən çıxaraq evə qaçıb. M.Ələskərov arvadını yerə yıxaraq əlləri ilə boğmağa çalışıb. U.Ələskərovanın müqavimət göstərdiyini görüb, yerdən götürdüyü daş parçası ilə baş nahiyəsindən bir neçə dəfə zərbə vurub. U.Ələskərova bu dəfə də ərinin əlindən xilas olmağı bacarıb. Amma qaçmağa imkan tapmamış Murad Ələskərov yerdən baltanı yenidən götürüb arvadının arxasınca qaçaraq kürək nahiyəsindən bir dəfə vurub. Ardınca isə səkkiz dəfə Ulduz Ələskərovanın baş və çiyin nahiyələrindən vuraraq onu qətlə yetirib.

M.Ələskərov barəsində çıxarılan cəzanın sərt cəza olduğunu qeyd edərək apellyasiya şikayətində göstərib ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olub, ilk dəfə məhkum olunur, himayəsində əmək qabiliyyəti olmayan xəstə anası və üç azyşalı uşağı var. O, bunların nəzrə alınaraq barəsində yüngül cəza çıxarılmasını istəyib. 31 yaşlı Murad Ələsgərov özünü qismən təqsirli bildiyini deyir.

Söyləyib ki, arvadından şübhələndiyi üçün onu öldürmək qərarına gəlib: "Onları izlədiyimi başa düşmüşdülər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlığa gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi.

Hadisədən iki gün əvvəl onları yenə güddüm. Günorta iş adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə dağa sarı getdim. Başı qarışan kimi başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orada olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb. Bir gün sonra da onları güddüm. Tövlənin üstündə gizlənmişdim. Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşəndə Ulduzu çağırdı. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz mənə "eşitmədim" cavabını verdi. Aramızda mübahisə düşdü. Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, səni boğub öldürərəm", - deyə qısqanc ər ifadəsində bildirib.

Mərhumun atası Aydın Eyyubov zərərçəkmiş kimi məhkəmədə deyib ki, cəzanın azaldılması ilə razı deyil. Məhkəmə tərəfləri dinlədikdən və sübutları araşdırdıqdan sonra qərara gəlib ki, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası qanuni və ədalətli cəzadır. Ona görə də, məhkəmə kollegiyası həmin cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas olmadığı qənaətinə gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2114   Tarix: 24 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

15:51 109
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

15:24 159
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 461
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 172
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 559
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 136
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88