Amerikalı biznesmenin Azərbaycana topla təchiz edilmiş təyyarə satmaq cəhdinin QARŞISI ALINDI - FOTO

Amerikalı biznesmenin Azərbaycana topla təchiz edilmiş təyyarə satmaq cəhdinin QARŞISI ALINDI - FOTOABŞ-ın qalmaqallı özəl hərbi şirkəti "Blackwater"in qurucusu (sonradan adını "Academy" olaraq dəyişdirib), Birləşmiş Ştatlar hərbi dəniz qüvvələrinin keçmiş zabiti Erik Prins Azərbaycana 23 millimetlik avtomatik topla təchiz edilmiş təkmotorlu, kənd təsərrüfatı işləri üçün nəzərdə tutulan təyyarələr satmaq istəyib. Lakin sövdələşmənin üstü açılıb və baş tutmayıb.

BiG.AZ xəbər verir ki, bu barədə EurasiaNet.org ABŞ-ın "The İntercept" saytına istinadən yazır.

Məlumata görə Erik Prinsin əsasən Afrika ölkələrinə istiqamətlənmiş təhlükəsizlik, logistika və aviyasiya şirkəti "Frontier Services Group" kənd təsərrüfatında əkin sahələrinə dərman çiləmək üçün nəzərdə tutulan "Thrush 510G" təyyarəsinin modifikasiya edilmiş variantını Birləşmiş Ştatların qanunlarını pozaraq xüsusi lisenziyaya malik olmadan Azərbaycana satmağa çalışıb. Və bu məqsədlə gizlicə sövdələşmə bağlayıb. Təyyarəyə 23 millimetrlik pulemyot və videomüşahidə vasitələri quraşdırılması nəzərdə tutulurdu.

Lakin "Frontier Services Group" şirkətinin menecmenti bu sövdələşmə barədə könüllü olaraq Dövlət Departamentini məlumatlandırıb. Çünki menecment Erik Prinsin Azərbaycana silah ixracına dair lisenziyaya malik olmadığını öyrənib və nəticədə qanunların pozulmasında iştirak etmək istəməyib.

Dövlət Departamentinin silahlara nəzarət üzrə İdarəsindən "Frontier Services Group" şirkətinin baş direktoruna göndərilmiş məktubda bildirilir ki, potensial qanun pozuntusu əsasən cənab Prinsin hərəkətləri ilə əlaqəlidir.

Belə ki, Prins "Frontier Services Group" şirkətinin menecmentinin xəbəri olmadan təyyarəni "öz maraqlaına uyğun" silahlandırıb, sonra onu fərdi alıcılara və hökumətlərə təklif etməyə başlayıb. Təyyarədə pulemyot və videomüşahidə sistemi ilə yanaşı lazer tuşlayıcının da quraşdırılması nəzərdə tutulurdu. Bu, Erik Prinsin "özəl hava qüvvələri" yaratmaq planının bir hissəsi idi.

Sayt yazır ki, bu təyyarə üçün əsas bazar üsyançı dəstələrə qarşı müharibə aparan Afrika ölkələri ola bilərdi. Bu baxımdan aydın deyil ki, həmin təyyarə Azərbaycanın nəyinə gərək idi. 23 millimetrlik avtomatik top elə də güclü silah deyil, hərçənd bu silah zirehli vasitələrə malik olmayan partizan qruplarına qarşı effektli ola bilər. Azərbaycanın düşməni isə Ermənistan və onun nizami silahlı qüvvələridir. Hansı ki, kənd təsərrüfatı işləri üçün nəzərdə tutulmuş təkmotorlu kiçik təyyarə 23 millimetrlik avtomatik topla silahlanmış olsa belə bu cür münaqişələrdə işə yaramaz.

Məqalədə bildirilir ki, Azərbaycan İsraildən "Harop" kamikadze-dronlarını əldə edən və onu döyüşdə ilk tətbiq edən ölkədir.

Bununla belə xatırladılır ki, Erik Prinsin Azərbaycanla əlaqələri illər əvvələ dayanır. 2004-cü ildə onun "Blackwater" şirkəti Pentaqonun podratçısı kimi Azərbaycanın Hərbi Dəniz Qüvvələrinə təlim keçmişdi. İndi isə Prinsin "Frontier Services Group" şirkəti həmin təyyarələri Azərbaycana daha geniş təhlükəsizlik və logistika xidmətlərinin bir hissəsi kimi təqdim etmişdi. Lakin sövdələşmə baş tutmayıb.

Virtualaz.org qeyd edir ki, "Thrush 510G" sovet dövründə "kukruznik" kimi məşhurlaşan AN-2 dərmançiləyən təyyarələrinin bənzəridir. Bu təyyarələrin silahsız variantı 900 min dollara yaxındır. Məlum deyil ki, Erik Prins təyyarənin silahlı variantını Azərbaycana neçəyə təklif edibmiş. Lakin bu təyyarələr müxtəlif tipli kəşfiyyat və zərbə pilotsuz aparatları, hücum vertolyotları ilə silahlanmış Azərbaycanın nəyinə gərək ola bilərdi, bu aydın deyil.

Digər tərəfdən Azərbaycan ötən il İtaliyanın "Leonardo Aircraft" şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsini alıb. Bu şirkət Azərbaycana nə qədər istəsə təyyarə sata bilər. Və Azərbaycan Pakistandan kiçikmotorlu "Super Mushshak" təyyarələri də alıb. Hansı ki, bu təyyarələr silahla təchiz edilsə Amerika istehsalı olan həmin "kukruznik"dən daha effektli ola bilərdi. /Virtualaz.org

Amerikalı biznesmenin Azərbaycana topla təchiz edilmiş təyyarə satmaq cəhdinin QARŞISI ALINDI - FOTOAmerikalı biznesmenin Azərbaycana topla təchiz edilmiş təyyarə satmaq cəhdinin QARŞISI ALINDI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1048   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 145
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

05.05.2024 1163
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 910
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 150
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 146
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 148
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 123
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 214
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 193