"Qadın yataq otağına girən kimi, 4-5 nəfər gəlib məni apardı"

"Qadın yataq otağına girən kimi, 4-5 nəfər gəlib məni apardı"Evində fahişəxana açmaqda təqsirləndirilən Elşad Zamanova qarşı irəli sürülən ittiham sübuta yetirilməyib.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, Səbail rayonunda yerləşən mənzildə gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edilməsi barədə E.Zamanova qarşı ittiham irəli sürülüb. Belə ki, 16 dekabr 2016-cı il tarixində saat 19 radələrində Dadaşov Cəlal Ziyafət oğlunun fahişəliklə məşğul olan Səfərova Elnarə Qambay qızı ilə həmin mənzilə gətirib 30 manat pul müqabilində cinsi əlaqədə olması faktı aşkar edilib. E.Zamanov həmin mənzilin sahibi olub.

Onun vəkili Vasif İsrafilov bildirib ki, müvəkkili sadəcə evini kirayə verib və həmin şəxslər də o tarixdə kirayənişin kimi evə baxıblar.

E.Zamanov da ifadəsində özünü təqsirli bilməyib: "Dekabrın 13-də Cəlal mənə zəng edib kirayə evə baxmaq istədiyini dedi. Gələndə yanında da 30-35 yaşlı bir qadın var idi. Biz evi aylıq kirayə pulunu 200 manata razılaşdıq, Cəlal 30 manat beh verdi. Qadın da evi gəzib yataq otağına girdi. Dedilər ki, əşyalarını gətirəndən sonra evə köçəcəklər. Cəlal qadını çağırmaq üçün yataq otağına girdi, bu vaxt İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən 4-5 nəfər evə daxil olub məni idarəyə apardılar".

Səbail rayon Məhkəməsinin hökmü ilə E.Zamanov Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib və hər ay qazancının 15%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Vəkil V.İsrafilovun hökmdən verdiyi apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov təmin edib və qərara əsasən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin ittihamının sübuta yetirilmədiyi bildirilib. Bu səbəbdən Səbail rayon Məhkəməsinin hökmü ləğv edilib və E.Zamanova bəraət verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1422   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 805
.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

30.04.2024 253
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 203
.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

30.04.2024 1087
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 261
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

30.04.2024 209
.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

30.04.2024 289
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

30.04.2024 141
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

30.04.2024 1189