Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLARİlaxır çərşənbə ilə Novruz bayramının eyni vaxta təsadüf etməsi, bayram tədarükünü bir az da tezləşdirib. Paytaxt sakinləri alış-veriş üçün ciblərinə uyğun məkanlara üz tutub. Bəs görəsən, qiymətlər necə, cibə uyğundurmu?

Yenicag.az bayramqabağı qiymətlərlə maraqlanmaq üçün paytaxt yarmarkalarına baş çəkib.

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLARYolumuzu ilk olaraq, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən yarmarkadan saldıq. Müştəri gözləyən satıcılar alıcı quş kimi yanımızı kəsdirib, məhsullarını tərifləməyə başladılar:

"Almanın mövsümü çoxdan gedib, amma biz üç kilosunu 1 manata veririk. Elə bil ağacdan indi dərilib. İçi sapsarı kənd yumurtasıdır, 20 qəpiyə nə verirlər? Qəşəng, yağlı qoz-fındıqdır, alın aparın, paxlavadan-şəkərburadan bişirin, tökün uşaqların qabağına…".
Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLARÖyrəndik ki, məhsulların bir hissəsi Quba, Xaçmaz, Göygöl, İmişli, Beyləqan və digər bölgələrdən gətirilsə də, bir hissəsi Yaşıl bazardan alınıb-satılır.

Keçən il alıcılıq qabiliyyətinin yüksək olduğunu deyən satıcı Əli bu il müştəri baxımından kasaddır:
Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR"Ötən il bayramqabağı əməlli-başlı qazanc götürürdük. İndi bazarda tək-tük adam var. Çoxu da elə qoz-fındıq alıb qayıdır. Novruzda çərəz satanların bazarı xod gedir, meyvə-tərəvəzin üzünə baxan da yoxdur. Bu məhsullar Yeni il ərəfəsində yaxşı satıldı. Belə də ki, Bakıda addım atırsan, marketdir. Marketlər bazarımızı öldürüb".

Alıcı Təranə Şükürova bahalıqdan gileylənir:
Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR"Uşağın gözünü yığmaq üçün məcburam yarım kilo qoz-fındıq alıb, bayram şirniyyatları bişirim. Neyləyim, çox almağa gücüm çatmır. Keçən il bundan ucuzluq idi. Yarmarkada dana ətinin kilosu 9 manat 50 qəpikdir, imkansızam, necə alım? Məcbur olub 5 manata toyuq aldım".

Ət dükanında müştəri haraylayan satıcı Xəqani qiymətlərin normal olduğunu deyir:

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR"Hər qiymətə ət var. İnək ətinin qiyməti 8 manat 50 qəpik, dana əti isə 9 manat 50 qəpiyədir. Vallah, inək əti hamısından dadlıdır, sadəcə, bir az gec bişir. Ucuz da veririk, camaat almır; deyirlər, "bahadır". Heyvanı İmişlidən, Beyləqandan alıb kəsirik. Bir dananın qiyməti 2 min manatdır, gərək biz də mayamızı çıxaraq. Bu gedişlə mayanı da batırırıq".

Çərəz satıcısı Ramin alıcılıq qabiliyyətinin aşağı olmasının səbəbini belə izah etdi:

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR"İndi camaat şəkərbura-paxlavanı pul verib alır. Qadınlar özlərinə əziyyət vermir. Əvvəllər hamı evində bişirirdi, qoz-fındığımız da satılırdı. İndi oturub yol gözləyirik ki, məhsulumuzu kimə sataq? Alırlar e, amma çox az. Yaxşı ki, yarmarkalarda yerhaqqı azdır – 3-5 manatımızı veririk, ürəyimiz rahat olur ki, cibimizə ziyan dəymir".
Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLARDigər yarmarkalara da baş çəkdik. İnşaatçılar metrosu yaxınlığında yerləşən yarmarkada da eyni qiymətlərin şahidi olduq. Amma burda nisbətən alıcı sıxlığı vardı. Satıcılar günün ikinci yarısında alıcıların daha çox olacağını dedilər.

Satıcı Rəhim alıcılıq qabiliyyətindən narazılıq etmədi:

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR"Gözləyirik, səhər-səhər bazara gələn az olur. Günün ikinci yarısında camaat gələcək. Bizim camaat elədir ki, kasıb da olsa, bayramını ürəyi istəyən kimi qeyd edir. Hansı kasıbın evinə getsən, süfrəsində şəkərburasından tutmuş qoz-fındığına qədər hər şey görərsən. Əziz bayramdır, Azərbaycan ailəsi həmişə qonaqlı-qaralı olur".

Novruzun atributlarından olan səməninin qiymətləri ilə də maraqlandıq.

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLARSatıcı Fərahim deyir ki, qiymətlər forma və həcminə görə dəyişir:

Bayram yarmarkalarından narazı müştəri: "İmkansızam, necə alım?" - FOTOLAR"Balaca səmənilər 1 manatdır. Kasıblar ucuz, varlılar isə bahalı səməni alırlar. Alanlar çoxdur, min bərəkət, narazılığım yoxdur".

Bu da yarmarkalardakı bayramqabağı qiymətlər

SİYAHI:

Qoz-13-22 manat (ləpə), 5-7 manat (qabıqlı)
Fındıq- 9-12-22 manat (ləpə) 6 manat (qabıqlı)
Badam – 20-24 manat
Şabalıd – 9 manat
Kişmiş – 7-12 manat
Ərik – 5-11-15 manat
Gavalı qurusu – 7 manat
Quru xurma – 1 manat 50 qəpik
İnnab – 3 manat manat
İydə – 7 manat 50 qəpik

Pomidor – 3 manat 50 qəpik – 4 manat 50 qəpik
Alma – 1 manat -1 manat 60 qəpik (3 kilosi 1 manat)
Narıngi – 3 manat
Portoğal – 2 manat -2 manat 50 qəpik
Armud – 5 manat
Yumurta – 20-25 qəpik

Səməni 1-10 manat (həcm və formasından asılı olaraq)

Dana əti – 9 manat 50 qəpik
İnək əti – 8 manat 50 qəpik
Kənd toyuğu – 5 manat


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1428   Tarix: 19 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp ABŞ-dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyası üçün 2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qorumaq asan olmayacaq. "Report"un məlumatına görə, Tramp bunu "The Wall Street Journal" qəzetinə verdiyi müsahibəd

14.12.2025 105
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib

Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib

14.12.2025 120
.

Qusarda ağır qəza: İki nəfər ölüb, dörd nəfər yaralanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərha

14.12.2025 119
.

Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə

14.12.2025 114
.

Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Xızı

14.12.2025 363
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14.12.2025 240
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

14.12.2025 151
.

Britaniya hökuməti: "Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yaxınlaşıb"

Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yaxınlaşıb. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə danışığından sonra krallığın hökumətinin Mətbuat Xidməti tərəfindən yayımlanan bəyanatda bildirilir. Bəyanata əsasən, Ki

14.12.2025 119
.

TOP MP3