Azərbaycanda 710 vəzifəyə müsahibə keçiriləcək - DİQQƏT! DİQQƏT!

Azərbaycanda 710 vəzifəyə müsahibə keçiriləcək - DİQQƏT! DİQQƏT!Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən (DİM) BiG.AZ-a verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.

Eyni zamanda 8 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib.

Fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.
Fevralın 8-də elan edilmiş müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb. Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb. Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalar üçün heç bir müraciət qeydə alınmayıb. Ümumiyyətlə statistika göstərir ki, məhkəmə orqanları tərəfindən rayon-şəhər məhkəmələrində hakim köməkçisi, məhkəmə iclasının katibi və s. vəzifələr üzrə vakansiyalar daha çox təqdim edilib. Qeyd olunan vəzifələrin tutulması üçün staja dair tələb müəyyən edilməməsinə, eləcə də digər şərtlərin daha sadə olmasına baxmayaraq həmin vəzifələr üzrə müraciət edən namizədlərin sayı gözləniləndən az olub.

Yeni müsahibə elanları zamanı bu vəzifələr üzrə, xüsusilə regionlarda yerləşən rayon-şəhər məhkəmələrində daha çox vakant yerlər təqdim olunacaq. Gələcək potensial namizədlərə tövsiyə olunur ki, həmin vakansiyaların müsahibələrində iştirak etmək üçün müraciət etsinlər. Bundan əlavə, müşahidələr göstərir ki, bəzən namizədlər eyni təsnifat, eyni maaş və eyni tələblər olan iki vəzifədən birinə üstünlük verirlər və kütləvi şəkildə həmin vəzifə üzrə qeydiyyatdan keçirlər. Halbuki hər iki vəzifədə tələblər və şərtlər eyni olur. Bu isə bir vəzifə üzrə yüksək, digəri vəzifə üzrə isə daha aşağı müsabiqə vəziyyətinin yaranmasına səbəb olur.

Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Müsahibələrin keçirilmə qrafiki dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunacaq. Hər bir namizəd müsahibə yeri, tarixi və saatı ilə tanış ola biləcək. Müsahibələr Bakı şəhəri ilə yanaşı namizədlərin rahatlığının təmin edilməsi üçün DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə, Xaçmaz regional bölmələrində də təşkil ediləcək. Müsahibə elanları, müsabiqə vəziyyəti, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış olmaq olar.

DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən keçirilən bütün tədbirlər, eləcə də müsahibələrin nəticələri, müxtəlif statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı zəruri məlumatları hər gün internet saytı vasitəsilə təqdim edir: "Namizədlər onlar üçün yaradılan bu imkanlardan maksimum dərəcədə istifadə etməlidirlər. Mərkəz tərəfindən namizədlərin imtahan verməsi, öz bilik və bacarıqlarına uyğun işlə təmin olunması üçün tələb olunan zəruri şərait yaradılmışdır. Hər bir namizədə qeydiyyatdan keçdiyi müsahibədə iştirakla bağlı məsuliyyətli olmağı və uğur əldə etməyi arzu edirik!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 455
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 252
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 189
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 258
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 165
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 169
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

29.04.2024 336
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 120
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

29.04.2024 1189