"Müxalifətçilər hakimiyyətə gəlsələr indikindən daha çox əxlaqsızlıq edəcəklər..."

"Müxalifətçilər hakimiyyətə gəlsələr indikindən daha çox əxlaqsızlıq edəcəklər..."Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri, xalq hərəkatının liderlərindən biri Nemət Pənahlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanlarına təhqirlər yağıdıran və siyasi mübarizəni söyüşlə aparan şəxslərə cavab verib.

BiG.AZ xəbər verir ki, N.Pənahlı "Ölkə.Az"a açıqlamasında siyasi mübarizənin söyüşlə deyil, sivil yolla aparılmasına tərəfdar olduğunu bildirib.

"Ötən dəfə mən bu barədə bir neçə jurnalistə də fikrimi bildirmişdim. Çox təəssüf ki, həmin şəxslər fikirlərimi təhrif edərək, çıxışlarımın müəyyən hissələrini yayımlayıblar. Buna görə də özümə söz vermişəm ki, bir daha həmin adamlara müsahibə verməyəcəm"-Nemət Pənahlı deyib.

Müxalifətin söyüş və təhqiramiz ifadələrlə mübarizə üsulu seçməsinin iyrənclik olduğunu vurğulayan N.Pənahlı hakimiyyət tərəfindən də bəzi şəxslərin təhqiramiz ifadələr səsləndirdiyini xatırladıb. O, "həqiqəti söylədiyi üçün" dəfələrlə müxalifət nümayəndələri tərəfindən təhqirlərə də məruz qaldığını bildirib.

"Bəzən mən onlara deyirəm ki, ay müxalifət, söyüş və təhqiredici fikirlərlə mübarizə aparmaq üsulunu yığışdırın. Yəni, onlar hələ hakimiyyətə gəlməyib, bu qədər əxlaqsızlıq, mənəviyyatsızlıq nümayiş etdirirlər. Sabah hakimiyyətə gəlsələr, indikindən daha çox əxlaqsızlıq edəcəklər. Bu sözlərimə görə mənə hücum çəkirlər"-N.Pənahlı əlavə edib.

Pənahlı deyir ki, indiki AXCP vaxtilə onun kölgəsində sürünüb: "1988-ci ildə Xalq Cəbhəsi adında təşkilat hələ yox idi. Ancaq Azərbaycanda Milli Azadlıq Hərəkatı elan edilmişdi, Lenin meydanının adı dəyişdirilərək "Azadlıq" meydanı adlandırılıb. Bütün bunlara görə Sovet həbsxanalarına düşmüşəm. Həbsdən çıxandan sonra da Xalq Cəbhəsi mənim nüfuzumun altında sürünüb. Bu qədər xidmətləri göstərən mən ola-ola bu gün Xalq Cəbhəsi iddia edir ki, guya bütün bunları onlar ediblər və sairə. Bunu etmək doğru deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 17 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 852
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 230
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 146
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 135
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 158
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 168