DİM-dən 9-cu sinif şagirdlərinə tövsiyyələr

DİM-dən 9-cu sinif şagirdlərinə tövsiyyələrDövlət İmtahan Mərkəzi (DİM) martın 18-də keçiriləcək ölkənin 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlərə tövsiyə xarakterli məsləhət verib.

BiG.AZ Mərkəzə istinadən şagirdlər üçün tövsiyələri təqdim edir:

•İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın;

•"İmtahana buraxılış vərəqəsi"ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

•İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

•İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

•İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

•Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində, sual kitabçasında və esse vərəqində yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

•Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;

•Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

•Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır.

•Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış cavab vərəqində qeyd olunmalı və yazılmalıdır;

•İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

•Səhv cavabların nəticələri düz cavablara təsir etmir;
•Ana dilindən tapşırıqları cavablandırmaq üçün uyğun mətni diqqətlə oxuyun;

•Ana dilindən 1-5, 11-15 nömrəli tapşırığa aid verilmiş 5 cavabdan yalnız biri doğrudur. Bu tapşırıqları cavablandırarkən yalnız bir cavabı nümunədə göstərilən qaydada, səliqəli şəkildə qaralayın. İki və daha çox sayda cavab (dairə) qaralanarsa, həmin tapşırığın cavabı səhv hesab olunacaq;

•Ana dilindən 6-10, 16-20, riyaziyyatdan isə bütün tapşırıqlar (21-30 nömrəli) yazı işi tapşırıqlarıdır;

•Ana dili fənnindən hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;

•Riyaziyyat fənnindən hər bir tapşırığın həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) və cavabını həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da "0" (sıfır) balla qiymətləndiriləcək.

•Riyaziyyat fənnindən 28-30 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;

•Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;

•Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin;

•Esse (inşa) yazacaq olan şagirdlər cavab vərəqlərini və sual kitabçasını təhvil verdikdən sonra esse vərəqini təhvil almalıdır;

•Esse (inşa) vərəqində verilmiş üç mövzudan biri seçilməli və mövzunun adı mütləq ayrılmış sahədə yazılmalıdır;

•Esseyə (inşaya) aid plan tərtib edilməli və həmin plan əsasında ən azı 1 səhifə (250 və ya daha çox söz) həcmində esse yazılmalıdır;

•Həm yazı işi, həm də esse tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;

•Esseni yazıb bitirdikdən sonra esse vərəqi nəzarətçiyə təhvil verilməlidir.

Xatırladaq ki, imtahan prosesi ilə bağlı vacib tövsiyələr, şagirdlərin əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar daha ətraflı "Yaddaş kitabçası"da təqdim olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3