Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir - SENSASİON İDDİA

Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir - SENSASİON İDDİALəğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Prosesdə çıxışlar mərhələsi başa çatıb və son söz mərhələsinə başlanılıb. Hazırda təqsirləndirilən şəxslər son sözlə çıxış edir.

2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə başlanan proses məhkəmə müstəvisində yekunlaşmaq üzrədir. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısındadırlar. Sabiq nazirin özü isə istintaqdan, məhkəmədən kənardır. "MTN işi" üzrə məhkəmə proseslərini izləyənlərdə məntiqi sonluğun baş verməyəcəyinə əminlik hər ötən gün artmaqdır. Müşahidələr də göstərir ki, bu əminliyin formalaşmasını şərtləndirən amillər illüziya deyil, tam bir gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumaq gücündədir. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərini hələ də idarə edir, onlara təsir imkanları saxlayır. Sanki Eldar Mahmudov məhkəmədə hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanıb, komanda üzvlərinin əməllərinə adekvat cəzaların verilməsini əngəllyir.

Prezidentliyə namizəd Hafiz Hacıyev ile ilgili görsel sonucu

Prezidentliyə namizəd Hafiz Hacıyev deyir ki, belə bir durumun yaranmasının səbəbi bu gün Azərbaycan məhkəmələrində sifariş yerinə yetirənlər dəstəsinin yaranmasıdır: "Bu yaxınlarda mətbuat yazdı ki, Eldar Mahmudov "Nəbatat bağı"nda məhkəmə sədri ilə görüşüb 1 saat müddətində söhbət ediblər. Bu ondan xəbər verir ki, məhkəmələrin də böyük cinayətləri var və Eldar Mahmudovun əlində həmin cinayətlərlə bağlı məlumatlar var. Ona görə də Eldar Mahmudovdan qorxurlar. Onun ətrafından 20-yə yaxın şəxsi tutublar. Aralarından özünü asan da oldu. Sual ortaya çıxır - belə bir halda Eldar Mahmudovun özü niyə azadlıqda qalmalıdır? Onun xaricdə də bəzi dəstələri maliyyələşdirməsi xəbəri var. Bütün bunların araşdırılmasında, yaranan suallara cavab verilməsində hakimiyyət özü maraqlı olmalıdır. Bu işin üstü tam açılmalıdır. Necə ola bilər ki, rəhbər dağıdıb yesin, ətrafını tutsunlar, özü isə ortalıqda gəzib məhkəmə sədri ilə görüşür. Üstəlik, orda-burda xəbər yayır ki, hakimiyyətə gəlirəm. Onun hakimiyyətə gəlməsi yolverilməz və qorxulu bir haldır. Onun işçilərinə münasibətdə məhkəmələrin belə humanist olması səbəbsiz deyil. Sahibkarların var-yoxunu əlindən alıb qabaqlarına keçənin evini yıxıblar. Ölkə banklarını talan ediblər. Kimi istəyiblər izləyiblər, kimi də istəyiblər dinləyiblər. Bütün bunlar qanunsuz olub və şəxsi maraqlara xidmət edib. Dövlətin maraqlarına ciddi zərbə vurublar. Prezident siyasi iradə ortaya qoyub MTN-in altının-üstünə çevirilməsinə ona görə qərar verməyib ki, bu gün hakimlər Eldar Mahmudovun dəstə üzvlərinə 3-5 il cəza verib azadlığa buraxsınlar".

Hafiz Hacıyev deyir ki, Eldar Mahmudov hakimiyyətə gəlməsi ilə bağlı şayiə yaymaqla hakimlərə təsir edir:"Hakimlər düşünürlər ki, Eldar Mahmudov birdən hakimiyyətə gələr, evimiz yıxılar. Ona görə də bu gün də ona xidmət etməkdən çəkinmirlər. Necə olur ki, sıravı bir vətəndaşın səhvi ucbatından törətdiyi cinayətə görə ona 10-15 il cəza verirlər, Eldar Mahmudovun qanunsuz əmrlərini yerinə yetirib milləti zəlil gününə qoyanların cəzası 4-5 illə məhdudlaşır? Bu adamlar 2 ildən artıqdır ki, həbsdədirlər, səhər cəzalarının çəkilmiş hissəsi ilə kifayətlənib azad edilmələri ilə bağlı müraciət edəcəklər. Və onları məhkəmə azad edəcək. Bu ədalət məhkəməsidir? Bu adamlar nazir deməyiblər, komitə sədri deməyiblər, iş adamı deməyiblər, hər kəsi özlərinə tabe etdirib haqq alıblar. Onlara belə yüngül cəzaların verilməsi ilə qətiyyən razılaşmaq olmaz!"

H.Hacıyev Azərbaycanda məhkəmələrin qanun çərçivəsində fəaliyyət göstərmədiklərini deyib:"Məhkəmələrin müstəqil olması ilə bağlı deyilənlərlə razı deyiləm. Məhkəmələr qanunsuz işlər gördüklərindən Eldar Mahmudov kimi eks-məmurlardan belə qorxurlar. Düşünürlər ki, qanunsuz işlərini çıxarıb ortaya qoya bilərlər. Düşünürəm ki, bu insanların hamısı vəzifədən getməlidirlər. Eldar Mahmudov Azərbaycandan kifayət qədər böyük pullar çıxara bilib. Ona görə də ölkədə istədiyini edə bilir. Hakimlərin aldığı rüşvətlər, həmin rüşvət hesabına alınan mülkləri, maşınları, torpaq sahələri haqda məlumatlıdır. Hakimlərin kiminlə, harada olmaları haqda xəbəri var. Ona görə də hakim dəstəsi onun qarşısında gözü kölgəlidir. Qorxurlar ki, birdən onlara qarşı kompromatlar ortaya çıxar. Necə ki, başqalarını kompromatlarla şantaj edir, hakimləri də həmin qaydada şantaj edib nəzarətdə saxlaya bilir".

Hafiz Hacıyev bildirir ki, Eldar Mahmudov şantajla onun komandasının üzvləri olmuş şəxsləri azadlığa çıxara biləcək:"Özü şantajla azadlıqda qala bildi. İndi də həmin yolla onun dəstəsində olanların çölə çıxarılması üçün işləyir. Onun məhkəmə sədri ilə görüşü başqa niyə görə ola bilər? Əslində məhkəmələrdə verilən ifadələr Eldar Mahmudovun özünün içəri atılması üçün kifayət edir. Onun çöldə qalması yaxşı nəticə verməyəcək".

Hafiz Hacıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsində də Eldar Mahmudovun barmağının olmasını istisna etmir:"Vüsal Ələkbərovun məhkəməsində Eldar Mahmudov və Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarıldı. Hara getdi həmin xüsusi qərardad? Niyə həmin xüsusi qərardadla bağlı heç bir hərəkətlilik yoxdur? Eldar Mahmudovun xofu bu məmurların canından çıxmayıb. Onları işdən uzaqlaşdırıb başqaları ilə əvəzləmək lazımdır. Başqa cür Eldar Mahmudovla, onun dəstəsinin üzvləri ilə bacarmayacaqlar".

Xatırladaq ki, MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, "MTN işi" üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınmışdılar.

Mənbə: musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1188   Tarix: 15 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

04.05.2024 1033
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 92
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 62
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 314
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 356
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 162
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 653
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 339