TÜKÜRPƏDƏN CİNAYƏT: Murad 5 yaşlı qızını öldürdüyünü ETİRAF ETDİ

TÜKÜRPƏDƏN CİNAYƏT: Murad 5 yaşlı qızını öldürdüyünü ETİRAF ETDİBu dəqiqələrdə "Komsomolskaya pravda" qəzetinin Kuban əlavəsi Krasnodar vilayətinin hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev birgə yaşadığı qadının 5 yaşlı qızını qətlə yetirdiyini etiraf edib.

Polisdəki dindirmədə Şahmirzəyevə "yalan detektoru" qoşublar. Nəticədə o, uşağı öldürdüyünü və meyitini basdırdığını boynuna alıb. Hazırda qatil uşağın meyitini basdırdığı yeri müstəntiqlərə göstərir, istintaq hərəkətləri aparılır. Yaxın saatlarda bu səs-küylü cinayətlə bağlı rəsmi məlumat yayılması gözlənilir. Şahmirzəyevin bu dəhşətli cinayəti hansı motivlə törətməsi məlum deyil.

***21:41

TÜKÜRPƏDƏN CİNAYƏT: Murad 5 yaşlı qızını öldürdüyünü ETİRAF ETDİRusiyanın Soçi şəhəri ətrafındakı Bestujevsk kəndində ötən gün martın 13-də 5 yaşlı qız yoxa çıxıb.

TÜKÜRPƏDƏN CİNAYƏT: Murad 5 yaşlı qızını öldürdüyünü ETİRAF ETDİVirtualaz.org xəbər verir ki, bu haqda məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Veronika Trişkina adlı qızın axşam saat 6 radələrində evlərinin həyətindən yoxa çıxdığı bildirilir, onun axtarışı bütün gecə davam edib. Amma uşaq tapılmayıb. Axtarış işlərinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, kinoloqlar, könüllülər, yerli sakinlər qoşulublar.

TÜKÜRPƏDƏN CİNAYƏT: Murad 5 yaşlı qızını öldürdüyünü ETİRAF ETDİUşağın yoxa çıxdığı haqda polisə onun atalığı, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev məlumat verib. Bu gün isə Şahmirzəyev özü Adler rayonundakı hostellərdən birində, Abxaziya ilə sərhədin yaxınlığında polislər tərəfindən tutulub. Onun Abxaziyaya qaçmağa cəhd etdiyi bildirilir. Hazırda Şahmirzəyev dindirilir, onu Rusiyada qeyri-leqal yaşadığı məlum olub.

Xəbərlərə görə Şahmirzəyev hadisə vaxtı evdə uşaqlarla tək olub. O, polisə bildirib ki, bankomatdan pul çıxarmaq üçün evdən çıxıb, geri qayıdanda uşağı evdə tapmayıb. Bu versiyanın nə dərəcədə inandırıcı olduğu hələ məlum deyil.

Uşağın axtarışları bu gün əlavə qüvvələr də cəlb edilməklə davam etdirilib. Yerli KİV-lər xəbər verir ki, kəndin yaxınlığındakı çayda, qonşu yaşayış məntəqələrində və bağçılıq təsərrüfatlarında da axtarışlar gedir. Qızın axtarışına 1000-ə yaxın adam qoşulub. Günün ikinci yarısında axtarış əməliyyatları üçün vertolyot da qaldırılıb. Habelə axtarışlarda teplovizorla təchiz edilmiş iki kvadrokopter, atlı kinoloqlar, "Rosqvardiya", xilasetmə xidməti və çoxsaylı könüllü iştirak edir. Axşam saatlarında axtarış əməliyyatları məhdudlaşdırılıb, uşağın axtarışı sabah davam edəcək.

Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsi bildirib ki, 5 yaşlı qızın itkin düşməsi ilə bağlı "qətl" maddəsi ilə cinayət işi qaldırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1654   Tarix: 15 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788