Xalq artisti Müşfiqə "qıjı" deyən yazara əsəbləşdi: "Binamus, bişərəf..."

Xalq artisti Müşfiqə "qıjı" deyən yazara əsəbləşdi: "Binamus, bişərəf..."Mikayıl Müşfiqin təhqir olunması cəmiyyətdə böyük narazılıq doğurub. Gənc yazar Elşad Baratın Mikayıl Müşfiqi "qıjı düşüncəli adam" adlandırması söz sahiblərini hövsələdən çıxarıb. Hətta xalq artistləri belə, ona təhqirlə cavab verib.

Tanınmış şəxslərin mövzu ilə bağlı fikirlərini təqdim edirik:

Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa:

"Ə..əvvəla, dahi şairin adını düzgün yazın. "Müşviq" yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın. Bu məsələyə münasibətim birmənalı pisdir. Müşfiqin heç qəbrinin yeri də məlum deyil. Amma o, öz şeirləri ilə ürəklərdə yuva qurub. Elə onun məzarı da ürəklərdədir. Bizim bəzi gənclər tarixə bu günün gözü ilə baxdıqlarına görə səhvə yol verirlər. Tarixə və yaxud tarixi hadisələrə konkret tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər söhbət ədəbi əsərdən gedirsə, ona da yarandığı tarixi şəraitin baxış bucağından yanaşmaq lazımdır. Fikrimi konkretləşdirmək üçün bir misal çəkim. Bizim dilimizdə ilk poetik nümunə kimi Həsənoğlunun bizə gəlib çatmış bir şeiri götürülür. Əlbəttə, o şeirdə müasir ədəbi-poetik tələblərə cavab verməyən çox şey tapmaq olar. Amma bu, o demək deyil ki, biz Həsənoğlunu və onun bizə gəlib çatan şeirini ələ salmalı, şəbədə qoşmalı, lağlağı etməliyik. Əksinə, həmin şeiri öpüb gözümüzün üstünə qoymalı, onu təhqir edənlərə təpki göstərməliyik. Eləcə də bütün klassiklərimizə böyük sayğı və hörmətlə yanaşmalıyıq. Qonşu Gürcüstanra repressiyaya məruz qalmış Nikolo Misişvili, eləcə də Ermənistanda həmin taleni yaşamış Yeğişe Çarens adlı şair var. Onların heç birinin yaradıcılığı Müşfiqdən zəngin deyil. Amma xatirələri öz ölkələrində çox əziz tutulur. Müşfiq nə qədər ömür sürüb ki? Cəmi 28 il. İndi bu yaşda olanların çoxu əlinə təzə qələm alır. Gənclərin iddialı olmasına pis baxmıram. Amma bu iddianın arxasında bir yaradıcılıq da olmalıdır. Və bu iddia heç də kiminsə, hansı klassikinsə təhqir olunması hesabına "reallaşmamalıdır". Yaradıcılıq Sizif əməyidir. Fəqət təəssüf ki, gənclərin bir çoxu, hətta, onların arasında istedadlılar da var, əsər yazmaq əvəzinə Herostrat kimi kitabxanadakı əsərləri yandırıb məşhur olmaq istəyirlər".

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik: "Onu deyən özü binamus, bişərəf, ünsürün biridir. Bu gənc yazarlar nə düşüblər dahilərimizin üstünə? Özləri bir şey ortaya qoya bilmirlər, bununla gündəmdə olmaq İstəyirlər".

aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1821   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 727
.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 663
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1367
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 2001
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2723
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 2688
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 1605
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 674
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 853