İlk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR - FOTOLAR

İlk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR - FOTOLARDünyada ilk insanları müasir insanların yoluxduğu xəstəliklər məhv edib. Afrikadan Avropaya gələn ilk insanların - Neandertalların nəslinin tükənməsinə səbəb olan xəstəliklər məlum olub. Araşdırmalar onu göstərir ki, müasir insanlar o vaxt da virus daşıyıblar. Virus daşıyıcısı olanlar xəstəliyi Neandertallara keçiriblər. Yoluxduqları xəstəliklər səbəbindən Neandertal insanların nəsli sürətlə tükənməyə başlayıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Kembric Universitetindən olan mütəxəssis Şarlotta Holdkroft ilə Oksford Brookes Universitetindən olan Simon Underdovna Neandertal insanların məhv olmasının səbəblərini araşdırıb. Neandertal insanın DNT-sinin daş dövründə qarşılaşdıqları xroniki xəstəliklərlə mübarizə apararaq həyatda qalmağa çalışdığını sübut etmək istəyən mütəxəssislər bunun təsadüf olmadığını iddia edir. Viruslar məhz müasir insanlar tərəfindən yayılıb.

Mütəxəssislər bir çox mikrobların müasir insanlarda ilk olaraq nə zaman xəstəliklərə yol açdığını araşdırıb. Bunu öyrənmək üçün bir sıra müxtəlif genetik testlər aparılıb. İlkin nəticələrə görə, insan orqanizmində ölümcül xəstəliklərə yol açan ilk mikrobun 8000 il əvvəl aşkarlandığı bilinib. Bu təxminən kənd təsərrüfatı və maldarlığa keçiddən sonra heyvanlarla ünsiyyət zamanı insanlara keçən yoluxucu viruslardır.

Lakin son illərdə aparılan araşdırmalar onu göstərir ki, bənzər xəstəlikləri yaradan viruslar çox daha əvvəl mövcud olub. Bu isə qədimdə Afrikadan çıxan insanların bu xəstəlikləri daşıdığı və Neandertallarla qarşılaşanda onları da yoluxdurduğunu sübut edir.

Alimlərin fikrincə xəstəlik insanları birdən birə deyil, tədricən məhv edib. Kembric Universitetindən olan mütəxəssis Şarlotta Holdkroftun fikrincə, sağlamlıqlarında yaranan problemlər tədricən onların yer üzündən silinməsinə gətirib çıxarıb: "Onlar bilmədən bu virusları bir-birlərinə də ötürdükləri üçün məhv olmağa məhkum olublar".

Şarlotta Holdkroftun sözlərinə görə, bu gün həmin infesksiyalar, xəstəliklər insanları öldürmür. Sadəcə, müalicəsi mümkün olan yüngül problemlər yaşadır. Lakin o dövrdə, Neandertal insan bu xəstəliklərlə tanış olmadığı üçün onunla mübarizə aparmaq gücünə malik olmayıb.

Genetik testlər 50 min il bundan əvvəl Neandertalların sayının az olduğunu göstərib. Hər biri 15-30 nəfərdən ibarət olan Neandertal icmalar xəstəlik səbəbindən fiziki bacarıqlarından məhrum olublar. Xəstəlik onları taqətdən salıb. Ovçuluq və yığıcılıq kimi məşğuliyyətlərlə özlərinə qida əldə edən Neandertallar bu qabiliyyətlərini itirməklə daha da ağır vəziyyətlə qarşılaşıblar. Müasir insanların sayının artdığı zamanda onların nəsli tükənməyə doğru gedib.

Neandertal insanların nəslinin kəsilməsinə tək səbəb xəstəliklər deyildir. Məlum səbəblərdən biri iqlim dəyişkənliyidir. Bir çox mənbələrdə onların ölümünü açıqlayan yeganə nəzəriyyə də məhz budur.

Araşdırmaları davam etdirən mütəxəssislər inanırlar ki, daha yeni materaillar əldə edəcəklər: "Bu kimi faktorlar çoxdur. Sadəcə, biz genetikada geniş izlər əldə edə bilmədik. Ümumiyyətlə, bütün genlərin siyahısını tərtib edib bir-bir test etmək lazımdır. Genetik qeydiyyat və insanların gündəlik həyatlarını canlandırma yolu ilə 40 min il əvvəl yaşamış əcdadlarımızın üzləşdiyi problemləri ortaya şıxara bilərik".

İlk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR - FOTOLARİlk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR - FOTOLARİlk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR - FOTOLARİlk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3871   Tarix: 11 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181