Azərbaycan İran gəmisinə atəşi açdı - FOTOLAR
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-nın Mətbuat Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.
Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.
Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilmiş, səs və sayrışan işıqlarla "Dayan" siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbərdarlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasitəsinin sürətinin azaldılmasına nail olunub.
2 saat 5 dəqiqə müddətində təqibdən sonra üzmə vasitəsi saxlanılıb və baxış keçirilib.
Baxış zamanı dövlət sərhədini pozmuş "Yamaha 150" mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları - 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib, üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd "GARMİN" tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb "Tramadol" dərman preparatı aşkar olunub.
Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində "Vel" sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik "Qubernator" arağı aşkar olunub.
İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə "Baltika-9" pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.
Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1083 Tarix: 09 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir
İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl
11:49 173 Panama sahillərində zəlzələ baş verib
Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı
16:01 174 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 212 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 172 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 177 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 245 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 65 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 207 Ölkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
10:35 217