Məhkəmə jurnalistə işgəncə verildiyinə dair iddiaları araşdırmağa başladı - FOTO

Məhkəmə jurnalistə işgəncə verildiyinə dair iddiaları araşdırmağa başladı - FOTOMartın 7-də Özbəkistan məhkəməsində jurnalist Bobomurod Abdullayevə işgəncələr verilməsinə dair iddiaların araşdırılmasına başlanıb. İşgəncə izlərinin nümayiş etdirilməsi üçün Abdullayevdən köynəyini çıxarması rica edilib. Bundan sonra məhkəmə təxirə salınıb.

Hakim Zafar Nurmatov jurnalistin tibbi müayinədən keçməsi barədə vəkillər qrupunun vəsatətini təmin edib. Prokurorlar buna etiraz etməyiblər. Məhkəmənin öz işini bu müayinədən sonra davam etdirəcəyi elan olunub.

Bu məhkəmədə Abdullyevdən başqa bloger Hayot Hon Nasriddinov, biznesmen Ravşan Salayev və Şavkat Olloyarov da müttəhimdirlər. Məhkəmənin gedişi insan haqları fəalları, müxalifət və jurnalistlər tərəfindən diqqətlə izlənir və hökumətin özbək cəmiyyətini islah etmək niyyətinin ciddiliyi üçün bir növ sınaq olacaq.

Fərqanə xəbər agentliyi və başqa media qurumları üçün materiallar verən müstəqil jurnalist Abdullayevə qarşı "konstitusiya rejimini devirmək cəhdi" itihamı irəli sürülüb. Bu ittihamla onu 20 ilədək həbsxana cəzası gözləyə bilər.

Onun vəkili Sergey Mayorov deyir ki, Abdullayev məruz qaldığı işgəncələr altında özünə qarşı ifadələri imzalayıb.

Abdullayevlə martın 3-də həbsxanada görüşmüş Mayorov deyib ki, jurnalist Milli Təhlükəsizlik Xidməti – MXX tərəfindən sentyabrın 27-də küçədə həbs olunduqdan sonra bir neçə gün ərzində işgəncələrə məruz qalıb.

Vəkil deyib: "Onlar onun belinə, ayaqlarına, sol qoluna 1 metr uzunluğunda plastik boru ilə vururdular. Ən ağır işgəncə isə ona 6 gün müddətində yatmaq imkanının verilməməsi idi. Bu 6 gün ərzində ona nə oturmaq, nə də uzanmaq imkanı verilib".

Mayorovun sözlərinə görə, bundan başqa Abdullayevə psixoloji işgəncə verilirdi. Onu Rusiyadakı qızının zorlanacağı, Özbəkistandakı övladlarının öldürüləcəyi və arvadının həbsxanaya salınacağı ilə hədələyirdilər.

Abdullayevə və başqa müttəhimlərə qarşı ittihamlar Usman Haqnazarov imzası ilə dərc olunmuş silsilə məqalələrdən qaynaqlanır. Bu təxəllüsdən azı 2 nəfər istifadə edib. Məqalələr keçmiş prezident İslam Karimovun yaxın çevrəsində olmuş şəxslər barədə idi.

Müşahidəçilər bu məhkəmə prosesinin yeni prezident Şavkat Mitrziyoyev üçün sınaq olacağını bildirirlər. O ədliyyə sistemində islahatlar keçirəcəyini və konkret olaraq Karimovun vaxtında MXX tərəfindən qanunsuz işgəncələrə görə məsuliyyət daşıyanların cəzalandırılacağını vəd edib.

Fevral ayında 12 insan haqları qrupu Abdullayevin dərhal azad olunmasına və ona işgəncələr tətbiq edildiyinə dair iddiaların müstəqil istintaq tərəfindən araşdırlmasına çağırıb.

Ötən ay Abdullayevin cinayət işi MXX-dən alınaraq Baş prokurorluğa verilib. Təxminən elə o vaxt vəkilinə onu görmək şəraiti yaradılıb.

Müşahidəçilər bütün bu dəyişiklikləri müsbət qiymətləndirir və jurnalistə işgəncə verilməsi barədə iddiaların həqiqətən də araşdırılacağına ümid yaratdığını deyirlər. ("Azadlıq" radiosunun Özbəkistan ofisi)

Məhkəmə jurnalistə işgəncə verildiyinə dair iddiaları araşdırmağa başladı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 576   Tarix: 08 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988