Azərbaycanda bu dövlət idarələrində boş iş yerləri var - SİYAHI

Azərbaycanda bu dövlət idarələrində boş iş yerləri var - SİYAHIDİM 27 dövlət orqanında inzibati vəzifələrin 5-7- ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7- ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

BiG.AZ DİM-ə istinadən xəbər verir ki, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 07 aprel 2018-ci il tarixinədək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 07 aprel 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər. Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

 struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

 vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

1. Prezidenti yanında Ali Attestasiya Komissiyası (5 vəzifə üzrə 6 yer)

2. Kənd Təsərrüfatı Nazirliyi (34 vəzifə üzrə 42 yer)

3. Mədəniyyət və Turizm Nazirliyi (22 vəzifə üzrə 22 yer)

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (1 vəzifə üzrə 1 yer)

5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (26 vəzifə üzrə 39 yer)

6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (20 vəzifə üzrə 22 yer)

7. Əmlak Məsələləri Dövlət Komitəsi (88 vəzifə üzrə 104 yer)

8. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (13 vəzifə üzrə 14 yer)

9. Dövlət Statistika Komitəsi (22 vəzifə üzrə 30 yer)

10. Milli Televiziya və Radio Şurası (1 vəzifə üzrə 1 yer)

11. Gəncə Apellyasiya Məhkəməsi (2 vəzifə üzrə 3 yer)

12. Şəki Apellyasiya Məhkəməsi (3 vəzifə üzrə 11 yer)

13. Şirvan İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

14. Şəki İnzibati-İqtisadi Məhkəməsi (2 vəzifə üzrə 5 yer)

15. Gəncə Hərbi Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

16. Ağdaş Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

17. Ağstafa Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

18. Biləsuvar Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

19. Cəlilabad Rayon Məhkəməsi (4 vəzifə üzrə 6 yer)

20. Göyçay Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

21. Laçın Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

22. Lənkəran Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

23. Qazax Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)

24. Qusar Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)

25. Saatlı Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

26. Salyan Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

27. Xaçmaz Rayon Məhkəməsi (2 vəzifə üzrə 4 yer)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1278   Tarix: 08 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 207
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 57
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

12:52 246
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 347
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 176
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 231
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 182
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 314
.

TOP MP3