Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – FOTO

Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – FOTOAğayev Rövşən Bayram oğlu Cəbrayıl Rayon Polis Şöbəsində şiddətli işgəncə və təhqirlərə məruz qalması ilə bağlı Turanxeber.az saytına müraciət edib.

Rövşən Ağayev müraciətində bildirib ki, onu bir oğurluq hadisəsinə görə ittiham edib, fiziki xəsarətlər yetiriblər.

"Oğurlaq hadisəsinin öz üzərinə götürməməyim polis əməkdaşlarını qəzəbləndirib. Buna görə məni polis şöbəsinə aparıb, işgəncə verdilər və təhqirlərə məruz qoydular. Polis əməkdaşı Sabit Orucov mənə dedi ki, sənə təcavüz edib internetdə yayarıq, biabır edərik səni. Polis şöbəsində qarın nahiyəmə təpiklə vurdular. Sonra saçımdan tutub, yerə yıxdılar və dubinka ilə xəsarət yetirdilər",-deyə R.Ağayev bildirib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini R.Ağayev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

R.Ağayevin valideynləri DİN-in 102 "Qaynar xətti"nə zəng vurub və baş verən hadisəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və Cəbrayıl rayon prokuroruna müraciət ediblər.

R.Ağayev qeyd edib ki, rayon prokuroru qəsəbədə oğurluq hadisəsinin olmadığını bildirib: "Prokuror polis rəisinin və polis əməkdaşlarının niyə bunu etdiklərindən təəccüblənib".

Rövşən Ağayevin valideynləri oğullarına haqsız yerə işgəncə verildiyinə görə rayon polis rəisi Araz Şahverdiyev, polis əməkdaşları Sabit Orucov və Sahib Allahverdiyevin cəzalandırılmasını tələb edirlər.

Xatırladaq ki, Cəbrayıl Polis Şöbəsinin rəisi Araz Şahverdiyev Milli Məclisin deputatı Astan Şahverdiyevin qardaşı oğludur.

Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3012   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 243
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

06.05.2024 187
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 500
.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

06.05.2024 147
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 196
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 9715
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 411
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

06.05.2024 152
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

06.05.2024 254