"Bu cür şəkillərin yayılması ailələrə də pis təsir edir" Psixoloq yanğın fotolarından danışdı

"Bu cür şəkillərin yayılması ailələrə də pis təsir edir" Psixoloq yanğın fotolarından danışdıMartın 2-də Respublika Narkoloji Mərkəzdə baş verən güclü yanğınla bağlı dəhşətli şəkillər həm sosial şəbəkələrdə həm də xəbər saytlarda yayılmaqdadır. Həmin dəhşətli şəkilləri bəziləri normal, bəziləri isə ürəkağrısı ilə qarşıladı. Bu şəkillərin yayılması insan psixologiyasına nə kimi təsirləri ola bilər?

"Bu cür şəkillərin yayılması ailələrə də pis təsir edir" Psixoloq yanğın fotolarından danışdıBununla bağlı BiG.AZ-a açıqlama verən psixoloq Könül Telmanqızı bildirib ki, sosial şəbəkələrdə və saytlarda yayılan şəkillərlə bağlı bir çox insanlar müraciət edib: "Deyirlər ki, şəkillərə baxandan sonra özümü pis hiss edirəm. Nə etsəm də gözümün qarşısından getmir. İnsan psixologiyasına pozan şəkillər idi. Amma insanlar hər şeyə hazır olmalıdır. İnsanlarımız şüur altında hazır olmalıdırlar ki, bu cür hallarla qarşılaşanda onların psixologiyasına ağır təsir göstərməsin. Əslində bu cür şəkillərin yayılması ailələrə də pis təsir edir. Çünki heç həs istəməz ki, yaxınını o vəziyyətdə görsün. Ona görə inanıram ki, bu cür həssas şəkilləri insanları düşünərək, özlərini onların yerinə qoyaraq yayılmasından uzaq duracaqlar. Ən azından insan psixologiyasına nə qədər zərər vurulduğunu anlamalıdır. Hətta elə insanlar var ki, düşünürlər ki, bu hal mənim ailəmin başına da gələ bilər. Bundan qorxuya düşür. İnsanlarımız bir-birilərinin psixologiyasını düşünərək hərəkət etməlidir. Digər insanlarımız düşünməsək hər şeyi paylaşmaq olar. Amma o insanların qohumları, yaxınları sosial şəbəkələrdə ola bilrlər. Bu hadisəni öz beyinlərində daim yaşada bilərlər. Ona görə də diqqətli olmaqdan yarar var. Bu cür şəkillərdən təsirlərlənən insanlara demək istəyirəm ki, bu hal sizdə də təkrarlanacaq deyə bir şey yoxdur. Bu cür şəkillərə baxanda onu öz üzərinizə götürməyin. Dünya əzizdir, can şirin. Əziz dünyanın xətrinə şirin canınızın qədrini bilin. Biz hər cür xəbərlərlə qarşılaşa bilərik. Məsləhət görərdim ki, sosial şəbəkələrdə razlaşdıqları şəkilləri ağır tərzdə deyil. Daha sərbəst şəkildə qarşılasınlar. Biz hər gördüyümüz hadisəni normal qarşılaya bilməliyik. Çünki insan əgər adi şəkili belə qarşılayırsa yüngül xəstəliyi də faciə ilə qarşılayacaqlar. Biz öz psixologiyamızı tənzimləməyi bacarmalıyıq".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1472   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18.05.2024 402
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 270
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

18.05.2024 150
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175