Xanımı Tahir Əkbərin məzarının dəyişdirilməsinin SƏBƏBİNİ AÇDI

Xanımı Tahir Əkbərin məzarının dəyişdirilməsinin SƏBƏBİNİ AÇDI"Mədəniyyət nazirliyindən söyləmişdilər ki, Tahir bəy Badamdarda "Qurd qapı"sı adlanan məzarlıqda dəfn olunacaq. Lakin son anadək bilmirdim ki, Azərbaycanın görkəmli bəstəkarı üçün ona layiqli yer ayrılmayıb. Daha doğrusu, Tahir müəllimi qamışlığın içində dəfn etmişdilər. Çox pis mənzərə ilə rastlaşdım və həmin dəqiqə qərar verdim ki, Tahir müəllimin məzarının yeri dəyişdirilsin. Həyat yoldaşım, Azərbaycan xalqına xidmət etmiş şəxs layiq olmadığı şəkildə dəfn olunmuşdu. Sadəcə, yanımızda olan insanlara hörmət əlaməti olaraq sakit dayandım".

Publika.az xəbər verir ki, bu sözləri Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib.

O, bəstəkarın məzar yerinin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib: "Bəzi mənbələrdən eşitdiyimə görə, biz nazirliyə yoxsul ailə kimi təqdim olunmuşuq. Odur ki, Tahiri bəyin kimsəsizlər kimi o cür dəfn edilməsini məsləhət görüblər. Ancaq Tahir Əkbər kimsəsiz deyil, hər şeydən əvvəl o, əsərləri xalq tərəfindən sevilən və dinlənilən ölməz sənətkardır.

Tahir bəyin ömür-gün yoldaşı kimi ona verdiyim sözə əməl edərək borcumu yerinə yetirməliydim. O, mənə vəsiyyət etmişdi ki, əgər Fəxri xiyabanda dəfn edilməzsə, atasının məzarında torpağa basdırılsın. Fəxri xiyabanda, ən azından ikinci fəxri xiyabanda dəfn edilmək onun haqqı idi. O, heç vaxt düşünməzdi ki, onu çöllü-biyabanda, qamışlıqda, bataqlıqda kimsəsiz kimi basdırsınlar. Bu, Tahir bəyə qarşı böyük hörmətsizlik idi. Heç kim öz əzizini orada görmək istəməzdi. Məzarının həmin yerdə qalmasına razı ola bilməzdim. İnanıram ki, indi Tahir bəyin ruhu şaddır. Çox rahatam, qərarımdan peşman deyiləm".

Daha sonra bəstəkarın xanımı Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Son aylarda Tahir Əkbərin müalicə xərcləri Mehriban xanımın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən ödənilirdi. Təhir bəyə verdiyi dəyərə görə, Mehriban xanıma təşəkkür edirəm".

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov isə bildirib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri nazirlik tərəfindən həyata keçirilib:

Xanımı Tahir Əkbərin məzarının dəyişdirilməsinin SƏBƏBİNİ AÇDI"Tahir Əkbərin vida mərasimi Təzə Pir məscidində keçirilib, orada nazir şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".

Xatırladaq ki, martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq, atasının qəbrində torpağa tapşırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544