Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMA

Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMASon günlər Azərbaycanda dəm qazından zəhərlənmə halları artmaqdadır.

Belə ki, dəm qazından ölənlər arasında tanınmış şəxslər də var. 02.03.2018-ci il tarixində "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov dəm qazında boğularaq dünyasın dəyişib.

04.03.2018-ci il tarixində Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib. Şükürlər olsun ki, onlar arasında ölüm faktı qeydə alınmayıb. Amma təssüflər olsun ki, bu gün Sumqayıtda bir evdən 6 meyit çıxıb. Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər. Vəfat edənlər 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova, 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasovadır. İnsanların əksəriyyəti faciənin baş verməsində "Azəriqaz" İstehsalat Birliyini günahkar görür. Onlar əhaliyə satılan qazın tərkibinin standartlara cavab vermədiyini iddia edirlər.

Məsələ ilə bağlı Unikal.org-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev deyib ki, mənzillərə texniki nəzarət onların səlahiyyətində deyil.

Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMAMəlum olub ki, 2016-ci il 24 may tarixindən etibarən "Azəriqaz" İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb. Baş nazir Artur Rəsi-zadənin imzaladığı qərara əsasən, 24 maydan etibarən "Azəriqaz" Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi "Azəriqaz" tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılır. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir. "Qazdan istifadə Qaydaları"nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Unikal.org texniki nəzarətlə bağlı Fövqəladə Hallar və Energetika Nazirliyi ilə əlaqə saxlamaq istəsə də heç bir informasiya əldə etmək mümkün olmayıb. Üzərindən iki il keçməsinə baxmayaraq sözügedən qurumlar bu barədə KİV-lərə heç bir məlumat verməyiblər.

ARDNŞ-nin keçmiş prezidenti Sabit Bağırov Unikal.org-a açıqlamasında əlavə edib ki, mənzillərə texniki baxışla bağlı hüquqi-normativ sənədlər var:

Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMA"Çox güman ki, Nazirlər Kabinetyinin də bununla bağlı normativ sənədi və yaxud sərəncamı var. Bu sənədə baxmaq lazımdır. Kimə hansı tapşırıq verilib? Kimin məsuliyəti nədən ibarətdir? Bundan sonra məhsuliyəti olan qurumlar mənzillərdə daha ciddi yoxlamalar aparmalıdırlar. Dəm qazından ölüm və yaxud zəhərlənmə hallarının olması görünür mənzillərdə təbii qazla bağlı texniki tələblərə düzgün riayət edilmir. Buna cavabdeh qurumlar da bu məsələdə daha ciddi olmalıdırlar".

"Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi"nin rəhbəri Mirvari Qəhrəmanlı təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda dəm qazından ölənlərin sayı, müharibədə şəhid olanlardan çoxdur:

Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMA"Əvvala ölkədə dəm qazından ölənlərlə bağlı statistika açıqlanmır. Əgər statistika açıqlansa, ölkədə dəm qazından ölənlərin sayı, müharibədə şəhid olanların sayından daha çoxdur. Hər gün dəm qazından ölüm xəbərləri eşidirik. Səbəbi nədən ibarətdir? Heç kim araşdırmır. Araşdırılarsa daha ciddi nöqsanlar ortaya çıxacaq. Bir neçə il öncə, Qaradağ rayonu Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə olmuşdu. Bu gündədək ictimaiyyətə bu zəhərlənmənin izahı verilməyib. Neçə-neçə mütəxəssislər bura gətirildi və bunun izahın tapa bilmədi. Mənim yanaşmama gəldikdə isə hesab edirəm ki, istehlakçıya verilən təbii qazın tərkibi yoxlanılmalıdır. Ola bilməz ki, dəm qazından zərər çəkən adamların hamısı savadsız olsun, qazdan istifadə qaydalarını bilməsinlər. Yaxud da ki, tüstü borusu olmadan qazdan istifadə etsin. Bu qeyri-mümkündür. Amma biz nəyi görürük? Hər gün ölkədə ən azı 10-15 nəfər dəm qazının qurbanı olur. Texniki baxışa gəldikdə isə deyə bilərəm ki, iki il bundan əvvəl pay bölgüsü oldu. Mənzildaxili Fövqəladə Hallar və Energetika Nazirliyinə, mənzilə kimi "Azəriqaz" məhsuliyət daşıyır. Amma biz məhsuliyyətli olan görmürük. Dəm qazından bu qədər ölüm hadisəsi baş verir. Sözügedən qurumların bir məmuru hadisələrlə bağlı cəzalandırılmır.

Bütün hadisələrin günahkarı cəzasızlıqdı, bu sindrom isə cinayətin inkişafıdır. "Azəriqaz" daha çox məsuliyət daşıyır. FHN-nin də məsuliyətini inkar etmək olmaz. Birinci növbədə qazın tərkibi yoxlanılmalıdır. "Femida" qəzetinin baş redaktoruun vanna otğında meyti tapıldı. Bu necə ola bilər? Bəlkə, qaz iyinə görə vurulan maddə insanların ölümünə səbəb olur? Görünür müqəssir qurumlar arasında məsuliyyət bölgüsü tam tamamlanmadığından bu sualın cavabını hələdə verən yoxdur".

"Azəriqaz" Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov dəm qazından ölüm hadisələrinə görə abonetləri günahlandırıb:

Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMA"Dəm qazından zəhərlənmənin 99 faizi vanna otağında olur. O da insanların qazdan təhlükəsiz istifadə qaydalarına məhəl qoymamağından irəli gəlir. Standartlara məhəl qoymayan abonetlərin evində belə hadisələr baş verir. Hərə öz istədiyi kimi, mənzilini təmir etdirir, öz bildiyi kimi havalandırma qurur. Belə olmaz axı? Bunun standartları var. Buna uyğun olaraq tüsü-bacaların diametri düzgün seçilməlidir. Amma biz nəyi görürük? Hərə öz istədiyi kimi evində "standart qurur". Bu da sonda belə faciələrə gətirib çıxarır".

Bu məsələyə cavabdeh qurumlara gəldikdə isə Nüsrət Qasımov belə cavab verib: "Müvafiq qurumun bu məsələ ilə bağlı cavabdeh şəxsi gəlib mənzilin qapısını döyür. Əksər hallarda mənzil sahibləri qapını açmırlar. Niyə? Çünki ev sahibi istədiyi kimi, qaz xəttini çəkib, tüstü bacanı istədiyi kimi qurub, vanna otağında qapı altında dəlik qoymayıb. Gedib qazı da kəsəndə hay-küy yaradırlar. Hesab edirəm ki, insanlar, abonetlər qucaq açmaqla onları evlərinə dəvət etməlidirlər. Çünki qazdan təhlükəsiz istifadə onların həyatı üçün də vacibdir!"

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Unikal.org-a açıqlamasında deyib ki, bu ilin yanvar ayında 24, fevral ayında 17, mart ayının ilk 5 günündə 4 nəfər dəm qazından zəhərlənməyə görə klinikaya müracət edib:

Dəm qazı günahkarı kimlərdir? - Qurumlar yoxsa abunəçilər - ARAŞDIRMA"Bunların əksəriyyəti ambulator müalicə aldıqdan sonra evə buraxılıb. Bəziləri də bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra tam sağalıblar. Dəm qazı zəhərlənməsi əsasən mənzillərdə texniki tələblərə riayət olunmadığına görə baş verir. Vintilyasiya olmadığından çox zaman bu zəhərlənməyə gətirib çıxarır. Çox zaman dəm qazı zəhərlənməsi ölümlə bitmir. Amma müxtəlif fəsadları olur. Xəstə huşunu itirir, kliniya çatdırıldıqdan sonra sağ-salamat evə buraxılır".

Qeyd edək ki, təbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir:

• təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6,0 m3 - dən az olmamalıdır;

• vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır;

• vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 m2 - dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır;

• vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır;

• vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır;

• təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.

Qaz plitələri quraşdırılan mətbəxlər aşağıdakı tələblərə cavab verməlidir:

• yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır;

• mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3–dən az olmamalıdır;

• mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 811   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497