Əli Mirəliyev: "Aparıcı xanıma aşiq olsam da, arvadımdan ayrılmayacam"

Əli Mirəliyev: "Aparıcı xanıma aşiq olsam da, arvadımdan ayrılmayacam""Yox e, zarafat edirdik, efirdə şou göstərirdik. Mən axı özüm bunu deməmişəm. Elgiz özü üçün deyib, şou göstərib də. Verilişimin adı da şoudur da. Elə bir şey yoxdur".

Bu sözləri 68 yaşlı müğənni Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olması xəbərinə münasibət bildirərkən deyib.

BiG.AZ-a danışan müğənni bununla belə aparıcıya aşiq olduğunu da etiraf edib: "Bəli, Rövşanə xanım mənim xoşuma gəlir, özü də neçə illərdir tanıyıraım, bir yerdəyik. Ona aşiq olmuşam... Rövşanə mənə deyil, Elgizə söz göndərib ki, "Belə zarafat etmək olar, hər şeyin öz tərzi var?!" Onu anlamaq olar da, subay qadındır. Mən Rövşanəyə dedim ki, əslində mənə olmaz belə şou, çünki evliyəm, sən isə subaysan, səni sevmək olar, amma məni yox. Qoy mən narazı qalım, etiraz edim. Lakin pensiyamı ona xərclədiyim isə doğru deyil".

Müğənni aparıcıya aşiq olsa da, heç vaxt həyat yoldaşından ayrılmayacağını da açıqlayıb: "Mənim xanımımın qulaqları o qədər belə söhbətlərlə dolub ki. O bilir ki, mən heç vaxt ondan ayrılmayacam. Hər bir xanım öz yoldaşını yaxşı tanıyır".
Xatırladaq ki, bu günlərdə aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində bildirmişdi ki, müğənni Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olub və bütün pensiyasını aparıcıya aldığı şirniyyatlara, güllərə xərcləyir. Əli Mirəliyevin aparıcıya sevgi etiraf etməsi cavabsız qalmayıb. Lent.az-a açıqlama verən R. Ağasəfqızı müğənninin sözlərinə bu cür münasibət bildirib:

"Bəzən insanlar yaşından, cəmiyyətdəki yerindən, mövqeyindən ciddi nəticə çıxarmayaraq yüngül mövqe ifadə edirlər. Biz isə bunun müqabilində etik normaları gözləyərək, təbəssümlə yola verməyə çalışırıq. Lakin unudurlar ki, normalar pozulanda bəzən sərt cavab vermək məcburiyyətində qala bilərik. Mən Əli Mirəliyevə yaşına görə sərt mövqe bildirmirəm. İnanıram ki, mənim bu yanaşmamdan nəticə çıxaracaq və bir daha qeyri-ciddi fikirlər səsləndirməyəcək".

//musavat


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2008   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548