"Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda seminar keçirilib - FOTO

"Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda seminar keçirilib - FOTOUşaq əməyinə münasibətdə beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri özündə əks etdirən Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını, 15 yaşına çatmamış uşaqların işlərin görülməsinə, habelə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Dövlət Sosial-İqtisadi Kollecində (Bakının Sabunçu rayonu) "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda keçirdiyi seminarda bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, tədbirdə Kollecin müəllim və şagirdləri, rayon İcra Hakimiyyətinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri, ayrı-ayrı işəgötürənlər iştirak edib.

Seminarda ilk növbədə uşaqların bu və ya digər işlərin görülməsinə cəlb edilməsinin hansı hallarda onların əməyinin istismarı halı kimi qiymətləndirildiyi barədə məlumat verilib. Uşaq əməyinin istismarının qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurduğu, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunduğu vurğulanıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Bu yaşa çatmış uşaqlar isə yalnız onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin razılığı olmaqla əmək müqaviləsinin tərəfi ola bilər. Lakin 15-18 yaşlarında olan şəxslərin əməyindən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda istifadə edilə bilməz. Qanunvericilik bunu, habelə onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində əmək fəaliyyyətinə cəlb edilməsini qadağan edir.

Qeyd olunan yaşlarında olan işçilər üçün əmək qanunvericiliyində əlavə təminatlar, güzəştlər nəzərdə tutulub. Buna misal olaraq, Əmək Məcəlləsində bildirilir ki, yaşı 18-dən aşağı olan işçilərə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə isə əmək məzuniyyətinin müddəti 42 təqvim günündən az, iş vaxtının müddəti isə 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan çox olmamalıdır.

Seminarda iştirakçılara müvafiq mövzu üzrə maarifləndirici çap materialları təqdim olunub, onların sualları cavablandırılıb.
Yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər sahəsində aparılan işlər barədə də məlumat verilib. Həmçinin tədbirdə 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirləri diqqətə çatdırılıb. Ötən dövrdə görülən tədbirlər, məqsədyönlü təbliğat-maarifləndirmə işləri nəticəsində Azərbaycanda uşaq əməyinin istismarı hallarının minimum səviyyəyə endiyi vurğulanıb.
"Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda seminar keçirilib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 754   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 186
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1158
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 400
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29.04.2024 998
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 482
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 259
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 267
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29.04.2024 378
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 551