MSK treninqlərə başladı

MSK treninqlərə başladı2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir.

Martın 5-dən etibarən növbəti layihəyə - aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə start verilib. Xatırladaq ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənmiş treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən sonra daha da genişləndirilib.

Bu il də MSK iki mərhələli treninq proqramı hazırlayıb. Martın 5-dən başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və martın 6-sı, 7-si və 9-u da daxil olmaqla, 4 gün davam etməsi nəzərdə tutulur. Müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməkə keçirilən "Trenerlər üçün treninq"də iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla bütün səsvermə günü prosedurları barədə müfəssəl məlumat verilir. Tədbir zamanı həmçinin, MSK-nın Treninq Qrupunun mütəxəssisləri tərəfindən bir sıra aktual mövzularla bağlı çoxsaylı praktiki məşğələlər keçirilir, seçki günü müxtəlif səsvermə prosedurları səhnələşdirilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.
Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən on gün davam edəcək. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb və treninqlərin əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninq layihəsinin birinci mərhələsində əhatə olunan mövzularla eyni səpkidə aşağı seçki komissiyalarının üzvləri üçün təşkil ediləcək treninqlərdə seçki günü prosedurları ilə bağlı tam təfsilatlı məlumat veriləcək.

Aşağı seçki komissiyaları üzvlərinin treninqi zamanı hər bir məntəqə seçki komissiyası üzvünə təqdim edilməsi məqsədilə həmçinin, "Seçki günü üçün Yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri də hazırlanıb.
Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlərin ümumilikdə 32000-dən artıq komissiya üzvünü əhatə etməsi nəzərdə tutulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 285   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşda delimitasiya məsələsini xalqına bir stəkan su ilə izah edib. Bu barədə o, "Dövlət haqqında söhbətlər" adlı videoçarxında danışıb. Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsin

30.04.2024 422
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 223
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

30.04.2024 457
.

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl

30.04.2024 316
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 748
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 720
.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

30.04.2024 160
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

30.04.2024 165
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 346