Şöbə müdiri müəllimi təhqir etdi - İDDİA

Şöbə müdiri müəllimi təhqir etdi - İDDİAİmişli rayon Sərxanlı kənd 1 saylı tam orta məktəbinin rəsmxət müəllimi Xəyal Yusifov Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun onu təhqir etdiyini iddia edib.

BiG.AZ-ın xəbərinə görə, müəllim "Qafqazinfo"ya şikayətində bildirib ki, dərs saatı az olduğu üçün şöbə müdirinin qəbulunda olub. Bu zaman R. Əmirov onu təhqir edərək qovub:

"Dərs saatımın artırılması üçün Təhsil Şöbəsinə müraciət etdim. Kobud insan olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. O məni təhqir edib otaqdan qovdu. Rayonda rəsmxətt müəllimi onsuz da azdır. Ancaq dərsi bizə yox, qeyri-ixtisas müəllimlərinə verirlər".

Bundan başqa, X. Yusifov şikayətində məktəbin direktor əvəzi Sahil Vəliyevin də onu döydürməklə hədələdiyini qeyd edib.

Təhsil Nazirliyindən məsələylə bağlı sorğumuza cavab olaraq bildirilib ki, şikayət araşdırılıb və X.Yusifov həmin məktəbdə təsviri incəsənət müəllimi işləyir və bu fənn üzrə bütün dərsləri (cəmi 9 saat) özü tədris edir. X.Yusifov ikinci iş yerində də dərs demək istəyi ilə təhsil şöbəsinə müraciət edib. Müraciətini nəzərə alaraq, ona rayonun Rəsullu kənd tam orta məktəbində mövcud olan vakant incəsənət dərsləri təklif olunub. Lakin X.Yusifov həmin məktəbdə işləməkdən imtina edib, yalnız şəhər məktəblərində işləmək istədiyini bildirib. Onun diqqətinə çatdırılıb ki, hazırda həmin məktəblərdə təsviri incəsənət fənni üzrə vakant dərsləri yoxdur.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov öz izahatında X.Yusifovu qəbul edərkən onu təhqir etmədiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 134
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 163
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

04.05.2024 689
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

04.05.2024 159