Sumqayıtın keçmiş icra başçısı: "Erməniləri maksimum qoruyurduq ki..."

Sumqayıtın keçmiş icra başçısı: "Erməniləri maksimum qoruyurduq ki..."Bu gün Sumqayıt hadisələrindən 30 il ötür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata keçirdiyi təxribat ssenarisinin tərkib hissəsi idi.

BiG.AZ xəbər verir ki, 1988-ci ildə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, daha sonra isə şəhərin icra başçısı vəzifəsində işləmiş Təvəkkül Məmmədov hadisə ilə bağlı fikirlərini modern.az-la bölüşüb.

Təvəkkül Məmmədov Sumqayıt hadisələrinin 1988-ci il fevralın 27-si günün ikinci yarısında başladığını bildirib.

"Ermənilərdən ibarət xüsusi təyinatlı qüvvələr Sumqayıta gəlmişdi. Onlara xüsusi tapşırıqlar verilmişdi. O zaman şəhərin birinci katibi də məzuniyyətdəydi. Mənə dedilər ki, camaat dəniz kənarına yığışıb. Getdim dəniz kənarına, orada heç kimi görmədim. Daha sonra gördüm ki, Ordu Klubunun qarşısına yığılıblar. Fevralın 28-də klubun qabağına ermənilər daha çox yığışdı. Bundan sonra isə şəhərdə hay-küy qalxdı. Sumqayıt hadisələrinə Qriqoryan və bir neçə xüsusi olaraq hazırlanmış ermənilər rəhbərlik edirdi. Qriqoryanın birbaşa iştirakı ilə Sumqayıtda 7 nəfər erməni öldürülmüşdü. O, iki dəfə xuliqanlıq üstündə məhkum olunmuşdu".

Təvəkkül Məmmədov deyib ki, Sumqayıt hadisələri planlı şəkildə həyata keçirilib.
"Belə hadisələri törətmək üçün aylarla kəşfiyyat orqanları məşğul olur, lazımi qüvvələri cəlb edir, maddi vəsait ayırır, xüsusi təxribatçı qruplar hazırlayır və sair. Qriqoryan icraçı idi, təşkilatçı yox. Bir fakti da qeyd edim ki, təxribatçı ermənilərdə Sumqayıtda yaşayan ermənilərin konkret siyahısı vardı. Bu, Sumqayıtda yaşayan və "Krunk" cəmiyyətinə aylıq üzvlük haqqını ödəməkdən imtina edən ermənilərin siyahısı idi. Həmin evlərə də hücum oldu, insanlar qətlə yetirildi, evlər yandırıldı, mənzillər qarət olundu. Təşkilatçılar isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları idi. Onlar hadisələrdə iştirak edən ekstremist qrupunu məharətlə idarə edirdilər. Hadisələrdə iştirak edən yetkinləşmiş gənclərə narkotik və spirtli içkilər paylanılırdı. Bununla da həmin gənclərin ağlı başından alınırdı. Beləliklə də ermənilər öz məqsədlərinə çatmaqda davam edirdilər".

Müsahibimiz bildirib ki, Sumqayıt hadisələrində ermənilərin özləri də çox əziyyətlər çəkiblər.
"Onlar qorxu içindəydilər. Onları qorumaq üçün bütün şəhər ayağa qalxmışdı. Şəhər əhalisi onların bir hissəsini qorumaq üçün evlərinə aparırdı. Özləri isə binanın girişində ağaclarla durudular. Əgər belə olmasaydı daha böyük faciələr baş verərdi. Biz isə şəhərdən erməniləri toplayırdıq. Topladığımız erməniləri Ordu Klubunun birinci mərtəbəsindəki zala yığırdıq. Onları maksimum qoruyurduq. Burada onlara yemək verilirdi. Nazirlər Sovetinin sədri ermənilərə bir maşın şokolad göndərmişdi. Mən bunu biləndə isə həmin şokaladları geri qaytardım. Dedim ki, onlara şokalad yox, yemək vermək lazımdı".

Təvəkkül Məmmədov həmçinin qeyd edib ki, artıq martın 1-də xarici ölkələrdə Sumqayıt hadisələri barədə videolar göstərilirdi.
"Amma biz hələ təyin edə bilmirdik ki, bu nədir, Sumqayıtda nələr baş verir... Bizim əlimizdə heç nə yox idi. Deməli bu hadisələrin olacağı əvvəldən hazırlanmışdı. Həmin dövrdə videoları da artırmaq asan məsələ deyildi. Amma bunlar hazırlıqlar görüb, çəkilişlər aparmışdılar. Həmin videoları kino formasında xarici ölkələrdə göstərirdilər. Bununla da sübut etmək istəyirdilər ki, Sumqayıtda azərbayacanlılar erməniləri kütləvi şəkildə öldürüb. Amma həqiqət isə göz qarşısındadır. Sonda onu da qeyd edim ki, Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində ermənilər tərəfindən 32 nəfər öldürülüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 176
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29.04.2024 953
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

29.04.2024 297
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 379
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 234
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 208
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 187
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

29.04.2024 558