DTX bu şəxslərin akkreditasiya qaydasını təsdiqlədi

DTX bu şəxslərin akkreditasiya qaydasını təsdiqlədiTəşkilatın rəhbəri vəzifəsinə yeni təyin olunmuş şəxs 3 ay müddətində dövlət attestasiyasından keçməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları"nı təsdiq edib.

BiG.AZ-ın Unikal.org-a istinadən verdiyi məlumatına görə, bu Qaydalar müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin dövlət attestasiyasının keçirilməsi məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.

Təşkilat rəhbərinin dövlət attestasiyasının keçirilməsində məqsəd təşkilatın fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla onun rəhbərinin dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili sahəsindəki bilik və bacarığının müsahibə yolu ilə qiymətləndirilməsidir. Təşkilat rəhbərinin bilik və bacarığının qiymətləndirilməsi həmin təşkilatın xüsusi ekspertizasının keçirilməsi ilə bərabər aparılır. Təşkilat rəhbərinin dövlət attestasiyası Dövlət Təhlükəsizliyi Xidmətində yaradılmış Ekspert Komissiyası tərəfindən həyata keçirilir. Dövlət sirri təşkil edən məlumatlarla bağlı işlərin icrasına buraxılmış təşkilatın rəhbəri vəzifəsinə yeni təyin olunmuş şəxs 3 ay müddətində dövlət attestasiyasından keçməlidir. Təşkilat rəhbəri ilə müsahibə Azərbaycanın dövlət dilində və fərdi qaydada aparılır. Müsahibə 30 dəqiqə ərzində aparılır. Müsahibə zamanı verilən suallar konkret və aydın olmalı, dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili ilə əlaqədar məsələləri, təşkilatın iş istiqamətlərini (xüsusiyyətini) və dövlət sirrinin mühafizəsi üzrə normativ hüquqi aktları əhatə etməlidir. Müsahibə zamanı Ekspert Komissiyasının üzvləri tərəfindən təşkilat rəhbərinə 10 sual verilir. Təşkilat rəhbərinin verdiyi cavab Ekspert Komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 ballardan biri ilə qiymətləndirilir və sonra Ekspert Komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanaraq, müsahibədə iştirak edən Ekspert Komissiyasının üzvlərinin sayına bölünür. Müsahibənin nəticəsinə görə ən çox 100 bal toplamaq mümkündür və ən azı 70 bal toplamış təşkilat rəhbəri müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Ekspert Komissiyası təşkilat rəhbərinin bilik və bacarığının qiymətləndirilməsi üzrə keçirdiyi müsahibənin nəticəsindən asılı olaraq iki qərardan yalnız birini qəbul edir:

-müsahibənin nəticəsi məqbuldur;

- müsahibənin nəticəsi qeyri-məqbuldur.

Ekspert Komissiyasının qərarı dövlət attestasiyasından keçən təşkilat rəhbərlərinə dövlət attestasiyasının keçirildiyi gün Ekspert Komissiyasının iclasından sonra elan edilir. Təşkilat rəhbərinin dövlət attestasiyasının nəticəsi dövlət attestasiya aktı (əlavə olunur) ilə rəsmiləşdirilir.

Yeni Qaydaların qəbulu ilə əlaqədar "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilat rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün attestasiyasının keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 12 sentyabr 2011-ci il tarixli qərarı ləğv edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 437   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

17:04 140
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

14:59 132
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 582
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

12:47 196
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

15:05 75
.

Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib

İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib. xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Cəfəri mövzu ilə bağlı məlumat verib. İran rəsmis

30.04.2024 267
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

15:42 377
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

12:48 613
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30.04.2024 355