17 ermənini öldürən Adil şəhid olmasaydı bibisi qızı ilə "hə"si olacaqdı... - FOTO

17 ermənini öldürən Adil şəhid olmasaydı bibisi qızı ilə "hə"si olacaqdı... - FOTOAdil Adilzadə 1993-cü ilin 17 aprel tarixində Mingəçevir şəhərində anadan olub. Orta təhsilini də nur şəhərində alıb. Futbolçu olmaq istəyib. Futbol sevgisi onu 9-cu sinifdən məktəbdən çıxmağa məcbur edib. Futbolçu karyerası qura bilməyən Adil Adilzadə 18 yaşı tamam olanda hərbi xidmətə yollanıb. Adilin hərbi xidməti Haramı düzündə, Xocavənd yüksəkliyi ilə üzbəüz keçir. Əsgərliyi başa vurub evə qayıtdıqdan sonra yenidən hərbiyə dönmək istəyir. MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi hərbiyə qayıtmaq istəyən Adili bir neçə dəfə atası Kamran Abdullayev bu yoldan döndərib. Kamran kişi sanki əvvəlcədən hiss edirmiş ki, bu iş oğlunu əlindən alacaq. 2014-cü il avqust hadisələri zamanı Adil arzusunu yenə də dilinə gətirib. Ancaq atası Kamran Abdullayev bu dəfə də oğluna icazə verməyib.

Adil Adilzadənin atası Kamran Abdullayev Adil oğlu (şəhid Adil Adilzadə soyadını babasının şərəfinə götürüb) ilə 2014-cü ilin avqust ayından sonra ata və oğul arasında böyük söz-söhbət olur. Nəhayət, Kamran kişi oğlunun hərbiyə getməsinə xeyir-dua verir. Ordu sıralarına yazılan Adil Adilzadə xidmətini cəbhə bölgəsində keçir.

Hərbi xidməti barədə evdə heç nə danışmayan Adil Adilzadə valideynləri ilə əlaqə saxlayanda özünün və oradakı vəziyyətin yaxşı olduğunu deyirmiş. Adil təkcə Kamran kişinin yox, Abdullayevlər ailəsinin tək davamçısı olub. Nəsildə Adildən başqa oğlan uşağı olmayıb.

Sonuncu dəfə Kamran kişi oğlu ilə mart ayının 31-də 18:00-da telefonla danışıb. Telefon danışıqları o qədər də ürəkaçan olmayıb.

Atası "alo" deməmiş oğlu telefonda "Ata, bax niyə zəng eləmisən? Demişəm axı, hər şey yaxşıdı".

Atanın cavabı isə belə olur: "Yaxşı eləmişəm, oğlumsan, dedim bir səsini eşidim".

Adil atasına "ata, mən burada vətən qoruyuram, kefə gəlməmişəm", deyir.

Kamran kişi oğunun əsəbi olduğunu səsindən anlayıb, "bala, sənə də qurban olum, vətənə də, amma ata olanda niyə hər gün zəng elədiyimi anlayacaqsan", deyərək, telefonu söndürür.

Adil hərbi əməliyyatın keçiriləcəyini bilirmiş və valideyinlərini narahat etməmək üçün tələsik şəkildə atasını "yola" verib.

Əməliyyat başlayır. Leytenant Qabil Orucəliyev, baş leytenant Dədəkişiyev Cavid və Adil ön sıralara keçib, döyüşə-döyüşə irəli gediblər. Qabil, Cavid və Adil 17 erməni öldürüb, bir postu alıblar. Öz silahlarında güllə qurtarıb, ermənilərin güllələrini götürərək, onları atəşə tutublar.

Aprelin 1-i səhər Kamran kişi işə getmək üçün hazırlaşır. Silah səsləri Mingəçeviri də bürüyübmüş… Kamran kişi mərmi səsləri gəldikcə, Adilə zəng etməyə başlayır. Ancaq oğluna zəng çatmır. Balasından nigaran, bir qədər də əsəbi olan Kamran kişi iş yerinə çatır. Yenə, yenə zəng edir… amma bir nəticə olmur. Oğlundan nigaran qalan ata Tərtərə gedir. Ancaq polislər ön xəttə getməyə imkan vermirlər. Kamran kişi oğlunun adını və soyadını polislərə verir ki, bir xəbər olsa ona zəng edib bildirsinlər. Bunun adı ümidsilik, bəlkə də bir ümiddir, ancaq daha çox çarəsizlikdir. Hər keçən dəqiqə Kamran kişi oğlunun başına bir iş gəldiyini sanki hiss edir. Kamran kişinin və Adilin dostları Adilin şəhid olduğunu bilirlər. Ancaq bunu atadan gizlədirlər. Onların qəribə davranışları Kamran kişini daha da narahat edir.

Kamran kişinin ad gününə – 9 aprelə qədər Adilin şəhid olduğunu ondan gizlədirlər. Oğlundan xəbər almayan Kamran kişi durmadan oğluna zəng edir, ancaq cavab ala bilmir. Bilənlərsə risk edib deyə bilmir. Ta ki aprelin 9-na qədər hamı susur. O gün isə ataya "ad günü hədiyyəsi" edilir: dostları Adilin şəhid olduğunu deyirlər. Donur, susur, ağlamaq istəyir, bacarmır, sonradan isə göz yaşları selə dönür…

Kamran kişi xəbər tutur ki, oğlunun cənazəsi Bərdə rayonundadır. Dostları ilə Bərdəyə yollanır. Əvvəlcə oğlunun meyitini ona göstərmək istəmirlər. Ata isə rahatlıq tapmır. Nəhayət, çox isrardan sonra Adilin üzünü göstərirlər. Oğlunun bədəninin salamat olduğunu görən şəhid atasının sanki çiyinlərindən yük götürülür. Oğlunun şəhid olması bir dərd, düşmənin meyitə işgəncə verəcəyindən də qorxmaq başqa bir dərd imiş.

Adil Adilzadə subay olub. Şəhid olmasa idi, doğum günündə subaylığın daşını atacaqdı. Adil Novruz bayramında evə gəlir. Bibisi qızını bəyəndiyini anasına deyir. Qayıdanda isə aprelin 17-si ad gününü qeyd etmək üçün evə gələcəyini bildirir. Ailədə isə plan qurulur ki, bibisi qızının "hə"sini alıb, Adilə ad günündə hədiyyə etsinlər. Sən saydığını say, gör fələk nə sayırmış…

Adil nə öz ad gününə çata bilir, nə də ailənin ona "hə" hədiyyəsini ala bilir. Əksinə olur, atasının doğum günündə ona ömrü boyu unudulmayacaq bir "hədiyyə" verir: özünün şəhidlik xəbərini…

mənbə: yenicag.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2788   Tarix: 27 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

TOP MP3