İnsan səsini dəyişdirmək mümkündürmü? – AÇIQLAMA – VİDEO

İnsan səsini dəyişdirmək mümkündürmü? – AÇIQLAMA – VİDEOTeatr aktyorları, qiraətçilər, aparıcılar, televiziya müxbirləri, müəllimlər səslərinə xüsusi diqqət yetirməlidilər.

ARB 24 xəbər verir ki, bu peşə sahiblərinin işi səslə bağlı olduğundan səs tembrinin aydın və diqqətçəkən olması vacib hesab edilir. Bəs öz səsini bəyənməyənlər onu incəldə və ya qalınlaşdıra bilərlərmi? Ümumiyyətlə səsi dəyişdirmək mümkündürmü? Bəlkə də çoxları bundan xəbərsizdir.

Azad Şükürov (ADMİU-nun kafedra müdiri): "O adamlar danışıq sənəti seçirlərsə, danışığı və səslərini qurmalıdırlar. Səsi mikrafon səsinə gətirib çıxarmalıdırlar. Bunun üçün müəyyən məktəb keçmək lazımdır. Bununla aylarla məşğul olmaq gərəkdir".

Elmə də məlumdur ki, səs problemləri ortaya çıxanda onu həblər vasitəsilə və ya cərrahiyyə yolu ilə aradan qaldırmaq mümkündür. Lakin terapiya yolu ilə səsi bərpa etmək yeni bir üsuldur. İnsanların çoxu bundan xəbərsiz olsa da, bu, hər kəsin öz əlindədir. həkimlər də təsdiq edirlər ki, səsi dəyişdirmək üçün xüsusi tənəffüz məşqləri var və bu məşqlərlə istənilən nəticəni əldə etmək olar.

Ramil Həşimli (həkim): "Səsi həm terapiya ilə, həm də cərrahi əməliyyatla dəyişmək olar. İnsan çox həvəslə çalışarsa, 2 həftə ərzində dəyişə bilər".

İstədiyin səsə malik olmaq üçün 3 aydan 6 aya qədər vaxt tələb olunur. Bu müddət ərzində keçilən terapiyadan sonra insanın səsi, necə deyərlər, öz ixtiyarında olur. Amma çalışmaları daimi olaraq yerinə yetirmək lazımdır ki, səs kökdən düşməsin.

Mütəxəssislər deyirlər ki, səsdə olan problemlər səs xəstəliyi nəticəsində ortaya çıxır ki, bu da bir neçə qrupa ayrılır. Burda söhbət boğaz xəstəliyindən yox, səsin keyfiyyətinin dəyişməsindən gedir. Qidanın və ya suyun səs yoluna düşməsi nəticəsində baş verən çəçiməni isə həkimlər nevroloji problemlə əlaqələndirirlər. Heç kimə demək olmaz ki, onun səsi yoxdur. Sadəcə bu səslər tonuna və tembrinə görə bir-birindən fərqlənirlər.

Hesab edilir ki, insan 16 hersdən 20 kilohersə qədər diapozonda eşidə bilir. Lakin eşidilməsi mümkün olan normal səs maksimum 120-130 desibeldir. 200 desibeldən çox olan səs isə insanın ölümü ilə nəticələnə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 255
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18.05.2024 402
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsir

18.05.2024 186
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 270
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18.05.2024 325
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216