Şəhid zabitin xanımı: "Şahlar əkiz uşaqlarımızın doğulacağı xəbərini alan günün ertəsi həlak oldu" -

Şəhid zabitin xanımı: "Şahlar əkiz uşaqlarımızın doğulacağı xəbərini alan günün ertəsi həlak oldu" -2018-ci ilfevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində baş vermiş döyüşün 1 ili tamam olacaq.

Modern.az saytı həmin döyüşdə şəhid olmuş hərbçilərin ildönümü ərəfəsində onların ailəsi ilə əlaqə saxlayıb.

Müsahibimiz şəhid baş leytenant Şahlar Nəzərovun xanımı Könül Nəzərovadır

Arayış: Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Baş leytenant Şahlar Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən cəbhənin Xocavənd rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. Onun meyiti fevralın 27-də neytral ərazindən götürülüb. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndind son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.

Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.

"Həm dostumu, həm də həyat yoldaşımı itirdim"

"Şahlarla xalaqızı xalaoğluyuq. Valideynlərimizin razılığı ilə nişanlanıb ailə həyatı qurmuşduq. Bir-birimizi uşaqlıqdan tanımışıq. Yaxın olmuşuq. 2016-cı ilin 23 iyulunda toyumuz oldu. Amma nə biləydik ki, evliliyimiz belə qısa və uğursuz olacaq. Bizi həm qohumluq, həm də sevgi birləşdirirdi. Ona görə də onun yoxluğu mənə daha ağırdır. Həm doğma insanı, həm də həyat yoldaşımı, dostumu itirmişəm".

Şəhid zabitin xanımı: "Şahlar əkiz uşaqlarımızın doğulacağı xəbərini alan günün ertəsi həlak oldu" -"Ərizəni yaz, hərbidən uzaqlaş"

Şəhidin həyat yoldaşı deyir ki, Şahları hərb yolundan döndərmək qeyri-mümkün idi.

"Şahlar mənimlə ailə qurmazdan öncə hərbidə çalışırdı. Artıq 4-5 il olardı. Baş leytenant rütbəsialmışdı. Bizim toyumuz olandan sonra mən qaynanamgillə qalmalı oldum. Fikri vardı ki, məni də özü ilə Beyləqana aparsın. Orada hərbi şəhərcik vardı. Elə hazırlaşırdıq ki, birgə yaşamağa, ortaya ayrılıq girdi. Şahlar bizə heç nə deməmişdi. Amma hərəkətlərindən anası da, mən də başa düşürdük ki, nəsə baş verəcək. Çünki Şahlar məlumatlı idi. Anası neçə dəfə deyirdi ki, "uzaqdasan. Ərizəni yaz hərbidən uzaqlaş. Ailənin yanında ol". Amma Şahlar nəinki anasının, heç mənim də sözümü eşitmirdi".

Könül xanımın sözlərinə görə, Şahlar əkiz uşaq atası olacağı xəbərinə çox sevinmişdi.

"Qismətimiz belə yazılıbmış"

"Şahlar ata olacağını bilirdi. Əkiz uşaqlarının olacağını biləndə isə lap çox sevinmişdi. Mənə "Özünü qoru hər şey yaxşı olacaq. Narahat olma" deyirdi. Elə əkiz uşaqlarımızın olacağı xəbərini Şahlara verən günün səhəri o qanlı hadisə baş verdi. Hadisə baş verməzdən bir gün qabaq Şahlar anasına zəng etmişdi. Sonra mənimlə də danışmışdı. Şahları pis insan kimi xatırlaya bilmirəm. Çünki bizə qarşı heç bir kobudluğu olmayıb. Düzdü, çox qısa evliliyimiz oldu. Nə edə bilərik ki! Qismətimiz belə yazılıbmış".

"Atalarını qəhrəman kimi xatırlayacaqlar"

Şəhidin həyat yoldaşı onsuz keçən günləri göz yaşları ilə xatırlayır:

"Şahlarsız bu evdə necə yaşamağımı soruşursuz. Axı mənim hələ də onun geri qayıdacağına ümidlərim var. Gözləyirəm onun yolunu!. Şahlar şəhid olandan sonra atam evinə getmədim. Qaynatamgilin yanında qalıram. Axıra qədər də onlarla qalacam. Başqa gedib harda qalmalıyam ki!Həm doğma xalamın evidir, həm də bu evdə Şahlarla bağlı xatirələrimiz var. Hətta, qaynanam Şahları məzarı başında ziyarət etməyimə icazə belə vermir. Deyir "ağlayıb özünü məhv etmə. Onsuz da hamımız ölü kimiyik. Amma həyat davam edir. Nə edək?!".
İki əkiz oğlan övladlarım var. Birinə Şahların, digərinə isə qaynatamın adını vermişik. Onlar Şahlardan mənə yadigardırlar. O uşaqlarla təsəlli tapıram. Onlar güləndə bütün dünya mənim olur. İndi 8 aylıqdırlar. Düzdü, atalarını görməmək acısı həmişə məni göynədəcək. Düşünəndə ki, onlar şəhid övladlarıdır, susuram. Şahlar sağlığında neçə erməni öldürüb. Övladlarım həmişə atalarını qəhrəman kimi xatırlayacaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1275   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 260
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 319
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 79