Dünən qala gecəsi keçirilən "GülƏhməd" filminin yayımı dayandırıldı

Dünən qala gecəsi keçirilən "GülƏhməd" filminin yayımı dayandırıldıDünən gecə möhtəşəm qala gecəsi keçirilən başıbəlalı "GülƏhməd" filminin yayımı bu gündən dayandırılıb.

BiG.AZ -a bu barədə filmin rəsmi və hüquqi mülkiyyət sahibi, "İmperator Lion M" şirkətinin rəhbəri, eyni zamanda filmin baş prodüseri Vüqar Cavadov məlumat verib. Vüqar Cavadov filmin dayandırılmasına səbəb kimi rejissor və ssenarist Metin Yücelin çəkdiyi uğursuz və keyfiyyətsiz hesab etdiyi filmi səbəb göstərib: " Bəli, "GülƏhməd" filminin yayımını bu gün dayandırdım. Şəxsən mən Vüqar Cavadov bu filmin plagiat olduğunu təəssüf ki, bir az gec anladım. Plagiat film üçün həm rejissore, həm də ki, çəkiliş proseslərinə, aktyor heyətinə şirkətimiz tərəfindən külli miqdarda pul ödənilib. Filmdə səsləndirilən söyüşlər Azərbaycan xalqına, mentalitetinə yaraşmayan qeyri-etik ifadələr sadəcə biabırçılıq idi. Baxmayaraq ki, bu cür qeyri-etik ifadələr və hərəkətlərin filmdən yığışdırılmasına dair dəfələrlə göstəriş vermişdim, lakin sonda rejissor öz bildiyini etdi. Təbii ki, bununla bağlı müvafiq tədbirlər görüləcək. Hər zaman ona deyəndə ki, bu cür söyüşləri yığışdır, bizə yaraşmır, bizdə qəbul olunmur , rejissor o zaman deyirdi ki, bəs mən nə çəkim ki, gülməli olsun, "şu olmaz-bu olmaz" bəs sizdə nə olar axı ?! Dünən gecə filmin yayımını o cür qeyri-etik sözlərə görə dayandırmaq istəyirdim, sadəcə qala gecəyə gələn şəxslərə hörmətsizlik etmək istəmədim. Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı laiq bilmədik ! ". Baş rolda çəkilən "GülƏhməd" filminin Güləhmədi aktyor Rəşad Vahidzadə dünən gecədən əsəb keçirdiyini, səhərə kimi bu biabırçılığı həzm edə bilmədiyini açıqlayıb: "8 ay dırnaq, saç, saqqal uzatdım. Bunları o qeyri- peşəkar rejissor Metin Yücelə haram edirəm. Səhərə qədər yatmamışam, əsəbdən gözümə qan yığılıb. Şəxsən mən öz ailəmlə gedib o filmə baxsaydım və o cür söyüşlər səslənsəydi dünyanı dağıdardım".

Elman Məmmədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1822   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

04.05.2024 1788
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 2696
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 895
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 314
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

14:30 395
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

12:50 308
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 380
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 268
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1874