Azərbaycan məktəblərində növbəti biabırçılıq - "Müəllimlərin açıq-saçıq şəkilləri yayılır"

Azərbaycan məktəblərində növbəti biabırçılıq - "Müəllimlərin açıq-saçıq şəkilləri yayılır"Son zamanlar Bakı məktəblərində əxlaqla bağlı məsələlər tez-tez gündəmə gəlir.

Belə ki, fevralın əvvəli 132-134 saylı Təhsil Kompleksində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətə böyük müzakirələrə səbəb olub və tənqid olunub.

Bu gün isə Nərimanov rayonu 82 saylı orta məktəbdə yeniyetmə qızın açıq-saçıq görüntüləri yayılıb. Hətta bu məsələdə müəlliminin əli olduğu qeyd edilib. Hadisə ilə əlaqədar polisə müraciət olunub.

Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılıb.

Bunları nəzərə alaraq məktəblərdə mobil telefonların qadağan olunması aktuallaşır.

Bəs görəsən, məktəblərdə belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı?

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov Oxu.Az-a bildirib ki, məktəblərdə əxlaq problemi hər zaman aktual olub, lakin əvvəllər bu hadisələr belə ictimailəşməyib:

"Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir.

Valideynlər narahat olurlar. Fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, "online" əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır.

Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon var. Biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur.

Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir.

Qaldı ki mobil telefonlar vasitəsilə şagirdlərin açıq-saçıq şəkillərin yayılması məsələsinə, belə hallar özünü təkcə şagirdlər arasında yox, həm də müəllimlər arasında göstərir".

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır:

"Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyada belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb, bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına ehtiyac yoxdur".

Ekspertin sözlərinə görə, baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir:

"Hesab edirəm ki, məsələ ilə bağlı yüksək səviyyədə bir qərar qəbul edilməlidir. Neqativ halların qarşısını almaq üçün Milli Məclisdə bununla bağlı qanun qəbul etmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6604   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218