Polis qardaşını qətlə yetirən Əli: "Murad atamı qadınlarla şantaj edib özünə ev aldırmaq istəyirdi…"

Polis qardaşını qətlə yetirən Əli: "Murad atamı qadınlarla şantaj edib özünə ev aldırmaq istəyirdi…"Bakıda doğma qardaşların uzun sürən ailədaxili narazılıqları qətllə nəticələnib. Kiçik qardaşın hikkəsi və yaşca özündən böyük qardaşa həsəd aparması onu dəmir barmaqlıqlar arxasına, ailə qurmağa hazırlaşan qardaşı, 34 yaşlı Muradı isə qəbrə aparıb.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin avqustunda baş vermis bu ailə dramı ilə bağlı istintaq tamamlanıb, iş üzrə məhkəmə prosesi başlayıb. Ötən gün fevralın 21-də qardaş qatili Əli Əliyevin işi üzrə ilk məhkəmə dinləmələri keçirilib.

Cinayət işinin materiallarına əsasən qardaşına 23 zərbə endirən 27 yaşlı Əli evdən qaçıb və sonradan Xocahəsən qəsəbəsi ərazisindəki "təpəlik"də qalıb. Polislər bir həftədən sonra onu "Göl" adlanan ərazidə huşsuz vəziyyətdə taparaq xəstəxanaya aparıblar.

İttihama görə, Əli Əliyev valideynlərinin daha çox qardaşı Murada diqqət göstərməsinə, onun ailə qurmağa hazırlaşmasına, yeni tikilən binalardan mənzil almaq üçün ata-anasının ona pul vermək istəməsinə həsəd aparıb. Bu səbəbdən qardaşlar arasında ədavət yaranıb. Qardaşını öldürməyi planlaşdıran Əli Əliyev ötən ilin avqust ayının 19-da yaşadıqları mənzildə (Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 25) idmanla məşğul olan Murada qəflətən arxadan hücum edərək bıçaqla ona 23 zərbə endirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əli Əliyev istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində ata-anası və ortancıl qardaşı Muradla bir evdə yaşadıqlarını deyib. Əlinin Çevik Polis Alayında polis serjantı işləyən qardaşı ilə münasibətləri korlanıb, son üç-dörd il ərzində qardaşlar ümumiyyətlə bir-birlərini dindirməyiblər.

Əlinin ifadəsinə görə, guya qardaşı Murad atası Ramazanı başqa qadınlarla görüşdüyünə görə şantaj edərək özünə iş qurmaq, yaşadıqları evi satdıraraq yeni tikililərdən özünə ev aldırmaq istəyib. Atası da Muradın dediyi ilə oturub-durub: "Atamın Sumqayıt parkında attraksionları var. Yay aylarında orada işləyirdim. Murad imkan vermirdi ki, atam mənə də şərait yaratsın. Hər şeyi özü əldə etmək istəyirdi. Mənim özümün normal qazancım olmurdu".

Hadisə baş verən gün nə vaxta kimi işsiz, evsiz qalacağını düşünən Əli Murada işə girmək və evlənmək istədiyini bildirib. Murad "mənim özüm də yaxşı işdə deyiləm, serjant işləyirəm, ev alıb evlənmək fikrindəyəm" cavabını verib. Qardaşının cavabını özlüyündə götür-qoy edən Əli düşünüb ki, ona ev alınmasına, iş tapılmasına Murad imkan verməyəcək, əksinə maneçilik yaradacaq. Və Murad yerdə oturub üzü televizora tərəf baxan zaman Əli arxadan yaxınlaşaraq ona ardıcıl bıçaq zərbələri endirib.

"Murada on bıçaq vursam da, ayağa qalxıb mənimlə tutaşmaq istəyirdi. Həmin vaxt eyvanda olan anam səsə gəlib təcili yardım çağırdı. Anam qardaşıma vurduğum son bir-iki bıçaq zərbəsini gördü"-Əli ifadəsində deyir.

Anasının qışqırıq səsinə qonşuların gələcəyindən ehtiyatlanan Ə.Əliyev evdən qaçıb. Bir həftə Xocahəsən qəsəbəsindəki təpəlik ərazidə qalıb. Avqustun 10-da qəsəbədəki "Göl" adalanan yerə gələn Əli elə oradaca da huşunu itirib. Polis əməkdaşları onu Maştağa qəsəbəsindəki xəstəxanaya yerləşdiriblər. İki gündən sonra isə xəstəxanadan çıxarılıb, polis idarəsinə gətirilib.

İstintaq zamanı ailə üzvləri Əlinin dediklərini təkzib ediblər. Onların ifadələrindən belə məlum olub ki, əksinə, Muradı evləndirdikdən sonra Əliyə də şərait yaratmağa hazırlaşırdılar.

Təqsirləndirilən şəxsin, həmçinin mərhumun atası Ramazan Əliyev istintaqa verdiyi ifadəsində oğlu Muradın onu heç vaxt şantaj etmədiyini, heç bir qadına görə ailəsində narazılıq olmadığını, övladlarına bacardığı qədər sərait yaratmağa çalışdığını, ortancıl oğlunu evləndirdikdən sonra Əliyə də toy etmək niyyətində olduğunu deyib.

"Murad yaşadığımız evi satıb yeni tikilidən ev almaq istəyirdi, mən də razılaşdım. Sulutəpə qəsəbəsində də geniş evimiz var. Əli həmin evdə də rahat yaşaya bilərdi. Muradı evləndirdikdən sonra ona da toy edəcəkdim. Avqustun 3-də mən Sulutəpədəki evdə olarkən qonşular zəng vurub Əlinin Muradı qətlə yetirdiyini dedilər"-dərdli ata danışıb.

Oğlanlarından biri dəmir barmaqlıqlar arxasına, digəri məzara gedən ana Gülzar Əliyeva isə məhkəmə prosesi zamanı hadisənin adi bir mübahisə üstündə baş verdiyini, kiçik oğlunun əsəbi olduğunu, onun bəzən qardaşı ilə məişət məsələlərinə görə mübahisə etdiklərini söyləyib. Hadisə günü baş verənlər haqda danışan G.Əliyeva deyib ki, mətbəxdə olarkən övladlarının mübahisəsini eşidib. Ana bu zaman övladlarının həmişə olduğu kimi mübahisə etdiklərini düşünüb. Muradın qışqırdığını eşidən zaman isə otağa gedib:"Gördüm ki, otaq qandır. Murad da yıxılıb. Əli orda yox idi. Qışqırmağa başladım. Təcili yardım çağırdım".

G.Əliyeva qeyd edib ki, təqsirləndirilən oğlunun psixi problemləri var. O, oğlunun uşaq vaxtı yıxıldığını və başından ağır xəsarət aldığını deyib: "Moskvada təhsil alırdı. Bir müddət sonra Bakıya qayıtdı. Evdə görürdüm ki, başını yun şalla bağlayır. Səbəbini soruşurdum. Deyirdi ki, başı möhkəm ağrıyır. Düşünürdüm ki, bəlkə Moskvada nədənsə qorxub, dalaşıb. Deyirdi ki, heç nə olmayıb. Əli atasının sağ əli, qardaşı da sol əli idi. İndi atasının hər iki qolu da yoxdur...".

Məhkəmə təqdirləndirilən Əli Əliyevə də ifadə verməyi təklif edib. Hakim Ə.Əliyevin qapalı məhkəmə iclasında dindirilməsi barədə qərar verib.

Məhkəmə prosesi davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109