Azərbaycanda Dəhşət - Ata qızını 800 manata satdı

Azərbaycanda Dəhşət - Ata qızını 800 manata satdıHər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir. Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların həyatı ilə bağlı qərarlar verilir.
Cəmi bir dəqiqə sonra başına nələrin gələcəyini heç kim bilmir. Hələ bir də ailə qurub ana olandan sonra qadınların hansı əziyyətlərə sinə gərdiyini hər adam anlaya bilməz. Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

Günel deyir ki, həyat ona bəzən insanı bədbəxt edənlərin, uçurumdan itələyənlərin elə öz dogma valideynləri olduğunu sübut edib.

BiG.AZ bildirir ki, publika.az-ın yolu yenə "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyindən düşdü.

Əvvəlcə ağlıma ilk gələn Ayşən oldu. Görən hələ də burdadırmı? O dəfəki söhbətimizdən sonra nə düşünür, nə edir? İçəri girəndə mənzərə eyni oldu. Yenə hər kəs bir işin qulpundan yapışıb başını qatırdı. Keçən dəfə bizi qarşılayan xanım məni görən kimi "o dəfə gələn jurnalist qız gəlib" - deyə, içəriyə xəbər verdi. Oturub bir neçə dəqiqə gözlədik. Elə bu an içəriyə bir xanım gəldi. Əlində sini, üzərində 3 stəkan çay, yanında da konfetlər. Əvvəlcə sığınacağın işçisi zənn edib, ona əziyyət çəkməməsini deyərək, təşəkkür etdim. Amma o, oturacağı yaxına çəkib, yanımda əyləşdi. Sözü olduğunu dedi.
"Adımı başqa cür qeyd etsəniz olar? Qorxuram atam məni tapıb, öldürər..."

Öyrəşmişik axı, qız övladları hər zaman ataya meyilli olar. Ataları tərəfindən daha çox sevilib, əzizlənər. Atanı özlərinə dağ bilib, ona sığınar... Amma bir çoxumuzun ümid yeri bildiyimiz o dağ Günelin başına yıxılmış qaya parçasından başqa bir şey olmayıb...
İlk cümləsi də belə oldu: "Atam öz xoşbəxtliyi üçün məni bədbəxt elədi".
"Adım Güneldir. Kənddə böyümüşəm. Özümdən kiçik bir qardaşım var Ailəmizdə atam bizi çox incidirdi. Bəlkə də, çalışırdı bizim üçün ən yaxşısını etsin, amma hər şey tam əksinə olurdu. Mənim 15 yaşım tamam olandan qapımıza elçilər gəlməyə başladı. Mən isə hər dəfə bu yaşda ailə qurmaq istəmədiyimi, təhsil almaq arzusunda olduğumu deyirdim. Başa düşürdüm ki, bu kənddə adətdir. Qızları erkən yaşda ərə verirlər. Amma anamın mənə dəstək olacağına ümid edirdim. Hər evdə söz-söhbət olur. Hər dəfə atamla anam mübahisə edəndə, anam deyirdi "çıxıb gedəcəm", atam da "get, qapı açıqdı" cavabı verirdi. Amma inanmırdım ki, anam övladlarını atıb gedər. Çox əziyyət çəkirdi, bilirəm, amma bizi də özü ilə aparaydı. Sonradan bilmədim nə oldu, nə olmadı, bir gün səhər oyandıq gördük ki, anam yoxdur. Üstündən bir həftə keçmədi ki, atam evə başqa qadın gətirdi. Axşam hər zamanki kimi süfrə açıb atamın evə gəlməsini gözləyirdik. Süfrə başına keçəndə bizə dedi ki, tanış olun bu sizin yeni "ananızdı". Heç nə demədim, sakit durdum. Bir neçə gün sonra Qobustandan olan bir nəfərə məni məsləhət görüblər. Deyiblər ki, bəs belə bir qız var, dindardı, təmiz adamdı və s. Heç 1 ay deyildi o qadının bizim evə gəldiyi, amma atama deyirdi ki, qızı ərə ver, getsin. Həmin ərəfələrdə də bu oğlanın ailəsi qapımıza gəldi. Oturub danışdılar, atam dedi, namaz qılan ailədilər, pis olmazlar, səni o oğlana verəcəm. Nə qədər yalvar-yaxar etdimsə, məni eşitmədi. Mənə dedi ki, "ögey ananla bir evdə, sən yaşda qız alınmır. Biz də təzə birlikdə yaşamağa başlayırıq, bir az başa düş. Axır-əvvəl ailə qurmalısan, 1 ay tez, 3 ay gec, nə fərqi var?"
Günel danışdıqca barmaqlarını bir-birinə dolayır, dişlərini qıcayırdı. Sanki onu qışın bu günü buz dolu vannaya qoyub küçədə saxlamısan.

Sonradan danışdıqlarını eşitdikcə, bu titrəmənin əslində heç də sıradan bir həyəcan olmadığını anladım. Danışdıqca ağlayır, peşmançılıq çəkirdi. Canının yandığı gözlərindən oxunsa da, onu bu həyata sürgün edən öz ağılsızlığı olmamışdı axı. Bəlkə də, onu da yandıran məhz bu məqam idi. Bir az toxdayıb, davam elədi:

"Məni bu oğlana ərə verdilər. Gəlin köçəndə də heç bir xəyalım yerinə yetməmişdi. Bizim kənddə bəzi atalar qızlarını başlıq puluna satırlar. Məni də atam 800 manata bu oğlana "satdı". Bəlkə də atam mənə imkan versəydi, təhsil alıb, bir işə girib işləsəydim, hər ay evə 800 manat qazandıracaqdım, kim bilir ki? Həyatımın 7 ili "bəlkə", "bəlkə" deməklə keçdi. 17 yaşımda atamın təzyiqi ilə məcbur ailə qurdum. Elə toydan 2 gün sonra qara günlərim başladı. Qayınanamla birlikdə yaşayırdıq. Evdə mən, yoldaşım, kiçik baldızım qalırdıq. Tezdən durduq yemək yeməyə, süfrəni hazırladım, amma məni süfrəyə oturmağa qoymadılar. Qayınanam dedi ki, süfrədən qalx. Elə bildim zarafat edir. Birdən özü durdu ayağa başladı başını divara çırpmağa ki, mənim sözümü eşitmirsən, sən kimsən, nəçisən? Təhqir ardınca təhqir eşitdim. Yoldaşım isə məni müdafiə etmədi. Dedi, anam düz deyir, söz eşit, yoxsa sənin üçün pis olacaq. Hər günüm bax belə keçirdi. Sonradan baldızlarım mənə dedi ki, anamıza çox fikir vermə, özündən asılı deyil. Xəstə düşmüşdü. Bir az da kök qadın idi. Hər dəfə onu tək qaldırırdım. Gücüm çatmırdı. 2 dəqiqədən bir deyirdi gəl, mənim yerimi dəyiş. Bir neçə ay sonra hamilə qaldım. Onun ucbatından az qala uşağımı itirəcəkdim".

Günelin bu evlilikdən bir qızı, bir oğlu var. Hər dəfə danışdıqları onu göz yaşlarına boğanda, gözünü əlləri ilə silib mənə deyirdi ki, "Könül, bilirsən, hər şeyə rəğmən mənim bir qızım, bir oğlum var. Mən anayam..." Qeyri-ixtiyari hiss etdim ki, gözlərim dolur. Mən Güneli tam başa düşə bilmərəm, amma mənə elə gəlir ki, oxucularımız arasında ana olan xanımlarımız onun nə demək istədiyini anladı. Beləcə, söhbətimiz daha ağrılı-acılı hadisələrə doğru davam etdi:

"Üzr istəyirəm, hamilə olduğum vaxtlarda, yoldaşım evdə olmayanda, üstümə şər atırdı. Mənə hədə-qorxu gəlirdi ki, qoy gəlsin, gör səni necə döydürəcəm. Yoldaşım evə gələndə deyirdi ki, arvadın pəncərədən ona-buna baxır, telefonda saatlarla kiminləsə danışır. Bunların heç birini etməmişdim, bir Allah şahiddir. Yoldaşım isə heç nə soruşmadan, üstəlik hamilə olduğumu bilə-bilə məni döyürdü. Bir onu düşünürdüm ki, uşağımı qoruyum. Əlinin altından qaçırdım ki, ağır zərbələr almayım. Yoldaşım məndən 8 yaş böyük idi. Sevib ailə qurmamışdım, amma adətimiz var, ata evindən çıxdınsa, getdiyin evdən meyidin çıxmalıdır. Ata evinə qayıda bilməzsən. Qonşuluqda olan gəlinlər məni görəndə halıma yanırdılar. 7 qat el mənə acıdı, amma atam acımadı".

Hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra anidən dayandı. Hərdən onun bu hərəkətləri məni qorxudurdu, amma sonra anladım ki, uşaqlarına görə səsini boğur. İstəsə də, uşaqları onun səsini eşidə bilməzdilər, çünki onlar yuxarıda, Günelə verilən balaca otaqda yatırdılar. Amma yəqin ki, bu da analıq instinktindən irəli gələn davranışlardan biri idi:
"Bilirsiz, mən ürək rahatlığı ilə ağlaya da bilmirəm. Uşaqlarım gözümdə yaş görən kimi, mənə qoşulub ağlamağa başlayırlar. Onun dərdindən istəmirəm səsimi eşitsinlər. Yoldaşım məni döyəndə birinci heç kimə, heç nə demədim ki, hər ailədə belə söz-söhbətlər olur. Sonra hər gün daha da möhkəm döyməyə başladı. Evə girən kimi, kəmərini belindən çıxardıb başlayırdı məni döyməyə. Heç bir səbəb tapa bilmirdim. Yemək vaxtında hazır olurdu, əyin-başına diqqət edirdim, ev-eşiyi silib-süpürürdüm, anasının nazı ilə oynayırdım. Mən də insanam, 5 dəqiqə bir kənarda dincəlməyə qoymurdular. Sonra övladım dünyaya gəldi. Düşündüm ki, insandı, övlad sevgisi dəyişər. Hər şey yaxşı olar. Amma lap betər oldu. Məni qışın soyuğunda qucağımda 1 aylıq uşaqla küçəyə atdı. Nə qədər yalvardım ki, heç olmasa, uşağı götür, hava soyuqdu. Götürmədi. Balamı yun paltarımın altına salıb, sinəmə sıxdım ki, donmasın. Özüm də həyətdə kiçik anbar kimi bir yer vardı, küləkdən qorunmaq üçün ora qısıldım. Səhərə qədər çöldə qaldım. Tezdən yoldaşım işə gedəndə baldızım bizi içəri çağırdı. Soyuqdan əlim-ayağım tutmurdu. Mənə etdiklərinə dözərdim, amma uşağıma qarşı belə davranmasına dözə bilmədim. Atamın yanına getdim, başıma gətirdikləri oyunları bir-bir danışdım. Atam mənə dedi ki, getmisən, dözməlisən. Axı məni sən zorla o adama verdin, mən başqaları kimi qaçmamışam, ağılsızlıq etməmişəm. Tək günahım valideynimin sözünü yerə salmamağımdır. Sən də mənə sahib çıxmırsan. O qədər yalvarmağıma baxmayaraq, atam mənə bircə bunu dedi: "Uşaqlarınla bu evə gəlməyi ağlının ucundan da keçirmə. Ögey anan hamilədi, başı səs götürmür".

Yenə kor-peşman ər evinə qayıdan Günel ailəsindən əlinə üzüb həyatına davam edir:"Atam məni evdən qovandan sonra, gedəcək yerim yox idi. Evə qayıtdım və 7 il bu zülmə dözdüm. İkinci övladım da dünyaya gəldi. Uşaqlarımı gözümün qabağında kəmərlə döyürdü, ac-susuz saxlayırdı. İnanın, bədənim yara-bərə içərisində idi. Heç bilmirdim ki, özümü qızımın qabağına atım, yoxsa oğlumun. Bu dəfə dedim konkret bitdi. Uşaqlarımı da götürüb çıxdım evdən. Bir müddət ana tərəfdən uzaq qohum var, onların evində qaldım. Sonra da eşitdim ki, belə bir yer var. Gəldim bura. Bura ilk dəfə müraciət edəndə yer olmadığı üçün məni götürməmişdilər. Amma bir neçə aydan sonra məni çağırdılar ki, gələ bilərsən, bir neçə nəfərlik yerimiz boşalıb. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şeyə sevinim. Amma çox sevindim ki, başımın üstündə bir dam olacaq. Atam və qardaşım burda olduğumu bilmir. Atam özü dövlət işində işləyir, bilsə məni öldürər".
Günel deyir ki, yoldaşı onunla evli ola-ola ikinci dəfə ailə qurub:
"Mənimlə boşanmamış eşitdim ki, ikinci dəfə ailə qurub. Mən də boşanma üçün ərizə vermişdim. Oğlumun 4, qızımın isə 6 yaşı var. O qadın da həmin evdə dözə bilmədi, ayrıldı, aliment kəsdirdi. Məhkəmə mənə də aliment kəsmişdi. O qadının pulunu ödəyirdi, amma mənə bir qəpik də vermirdi. Sonra başladı ayaqlarıma düşdü, yalvardı-yaxardı ki, sənin qədrini bilmədim, nə eləmişəmsə, bağışla, ailəmizi dağıtmayaq. Mən də övladlarıma görə, yenə dedim evimdi, qayıtdım. İstəmədim sabah mənə deyilən "atan-anan boşanıb, sən belə həyata layiqsən" sözlərini kimsə qızıma desin. Birinci məhkəmədən aliment müraciətimi geri aldırdı. Həmin gün evə gələncə məni huşumu itirənə qədər döydü ki, sən kimsən mənə aliment davası açırsan. Burdaca səni öldürərəm, itirib-axtaran olmaz. Uşaqları çağırırdı, 5 dəqiqə gec eşidəndə, gec cavab verəndə, gözlərinin yaşına baxmırdı, kəmərlı döyürdü. Bir dəfə də uşaqları döyməyə başladı, əlindən almaq istəyəndə məni qoydu otaqda uşaqlarımı götürüb qaçdı. Neçə ay səssiz-səmirsiz evdə oturdum. Anası mənə zülm elədi. 4 ay hər gün mən balalarımın yolunu gözlədim. Qorxdum polisə deməyə ki, uşaqlarıma ziyan verər. Cəmiyyətimiz də həmişə günahı qadınlarda görür. Qorxdum ki, deyərlər cavan gəlin qalıb polis məntəqələrində. Sonra çarəsiz qalıb, hər şeyi gözə alıb polisə müraciət etdim ki, 4 aydı övladlarımı aparıb, nə danışmağa qoyur, nə görüşməyə. Polis gücü ilə uşaqlarımı geri aldım və birdəfəlik əlaqəni kəsdim. Görən dedi ki, sən 2 uşağa bu halda necə baxacaqsan, at üstlərinə özləri baxsınlar. Elə o gün, bu gündür buradayam".

Başına gələnləri bizimlə bölüşdükcə, yüngülləşirdi Günel. Gözlərinin yaşı qurumuşdu. Qorxa-qorxa ondan yenidən ailə qurmaq fikrinin olub-olmadığını soruşdum. Cavabı aşağı-yuxarı təxmin etdiyim kimi oldu:
"Mən Allaha inanan adamam. Bilmirəm qədərimdə məni daha nələr gözləyir. Amma bu dəqiqə ailə qurmaq niyyətim yoxdur. Tək istəyim, bir iş tapıb, uşaqlarımı da götürüb balaca bir evə köçüm. Onları böyüdüm. Özlərini tək hiss etməsinlər. İndi mənə çox ağır gəlir yaşadıqlarım, amma nə bilim, bəlkə elə xeyirlisi bu imiş? Bəlkə qalsaydım, öləcəkdim, övladlarım da kim bilir kimlərin əlində qalacaqdı. Allah buyurub ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gəlir. Qızımın artıq 6 yaşı var. Gələn il məktəbə başlayacaq. İstəmirəm əskiklik hiss etsin. Paltarını, çantasını, qələmini, nə bilim, bütün ləvazimatları hazır olsun istərdim. Mən özüm-öz ayaqlarım üstündə dayanıb, uşaqlarıma baxacam, hər kəsə sübut edəcəm ki, uşaqlarıma baxa bilirəm. Atamı da heç vaxt bağışlamayacam. Çünki mənim başıma gələnlərin tək səbəbkarı odur. 800 manat pula mənim və günahsız uşaqlarımın həyatını satdı".
Söhbətimiz demək olar ki, yekunlaşırdı. Günel bir söz işlətdi. Sonra tez də əlavə etdi ki, bunu yazmayın, ürəyim yandığından dedim. Amma düşünürəm ki, bu söz çox insanın gözünü açacaq. Günel deyir ki, iş üçün hara müraciət edirsə, onu tanımadan-bilmədən, təkcə sığınacaqda yaşadığına görə, oğru, əxlaqsız qadın gözü ilə baxırlar. Bunu isə heç cür qəbul edə bilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1494   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 123
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

17:12 71
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

11:01 733
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 105
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

12:21 496
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

15:03 349
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 188
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 501
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 696