Azərbaycanda dollarla krediti olanlara şad xəbər

Azərbaycanda dollarla krediti olanlara şad xəbər"Beynəlxalq Bank çıxılmaz vəziyyətdədir. Əmanətlər üzrə faiz dərəcəsinin qanunsuz olaraq birtərəfli qaydada azaltmasını əsaslandıra bilmədiyi üçün məhkəmə iclasının qapalı aparılmasını istəyib. Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar".

BiG.AZ Cebhe.info-ya xəbər verir ki, məlumatı hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov verib.

Məlum olduğu kimi, ötən ilin sonunda Beynəlxalq Bank vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirib. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürüb. bir qismi də məhkəməyə üz tutub.

Əkrəm Həsənov Beynəlxalq Bankın məhkəməyə müraciət edən əmanətçilərindən birinin vəkili olduğunu deyib. O bildirib ki, fevralın 21-də Nəsimi rayon məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə ilk baxış iclası olub:
Azərbaycanda dollarla krediti olanlara şad xəbər"Bankın nümayəndəsi Bəgülov Rasim Ayaz oğlu (onun bankın işçisi olub-olmaması məsələsi də açıq qaldı, çünki əmək müqaviləsini təqdim etməmişdi) iclasa təxmini yarım saat gecikdi. Çıxış etməyə başladım, bu zaman bankın nümayəndəsi çıxışımı kəsərək şifahi vəsatət verdi ki, iclas qapalı olsun. Guya burada kommersiya sirri olacaq məlumatlar var. Etiraz etdim ki, əvvəla, mən artıq çıxış edirəm. Daha sonra, burada heç bir sirr yoxdur. Sirr varsa, bank sirridir, o da əmanətçiyə aid olan məqamdır. Heç bir yazılı vəsatət də yoxdur axı! Buna baxmayaraq, hakim dərhal kənar şəxslərin iclasdan çıxması haqda qərar verdi.

Çıxışımın qısa mahiyyəti ondan ibarət idi ki, bank ölkədə iqtisadi vəziyyətə istinad edərək öhdəliyinin icrasından yayınır. Guya şərait əhəmiyyətli dərəcədə dəyişib. Məgər vəziyyət bu qədərmi ağırdır? Axı ölkə rəhbərliyi problemlərin olduğunu vurğulasa da, çox optimist bəyanatlar verir. Yəni, bank ölkə rəhbərliyi ilə razı deyil? Ötən il dövlət bu banka 3,3 milyard dollar hədiyyə edib və nəticədə bank 1 milyard manata yaxın mənfəətə çıxıb. Bəs onda niyə deyir ki, vəziyyətim yaxşı deyil və əmanətlər üzrə müqaviləyə uyğun faiz ödəyə bilmir? Qoy onda bank məhkəməyə maliyyə arayışı təqdim etsin ki, niyə öhdəliyini icra edə bilmir!"

Hüquqşünas qeyd edib ki, qanuna görə bankın birtərəfli qaydada əmanət üzrə faiz dərəcəsini endirmək hüququ yoxdur:

"Hər bir halda bunun üçün bank məhkəməyə müraciət etməli idi. Necə ki, ötən il öhdəliklərinin restrukturizasiyası üzrə məhkəməyə müraciət etdi və kreditorların əksəriyyətinin razılığı ilə borcları dövlətin üzərinə keçdi. Niyə xarici kreditorlara və Neft Fonduna münasibətdə bank belə etdi, amma sıravi əmanətçilərə qarşı belə saymamazlıq edir? Buna cavab olaraq nümayəndə dedi ki, guya mən Neft Fondunun əmanəti haqda fikri deməklə bank sirrini yaydım. Zavallının xəbəri yoxdur ki, bu məlumat bankın saytında var. Yeri gəlmişkən, öhdəliklərin restrukturizasiyası haqda heç bir məlumatı yox idi. Əgər bank əmanət üzrə bunu edə bilərsə, onda banklara xarici valyutada borcu olanlar da eyni qaydada faiz dərəcəsini endirə bilər. Buna görə də əslində Beynəlxalq Bankın bu hərəkəti dövlətə və bank sisteminə qarşı təxribatdır və etimadı sarsıdır. Bankın nümayəndəsinin məsələdən demək olar ki, xəbəri yox idi. Elə hay-həşir salmışdı ki, Əkrəm Həsənov banka düşmən kimi baxır. Zavallı bilmir ki, mən elə bu bankın müştərisiyəm və işin hüquqi tərəflərinə aidiyyəti olmayan məqamlara toxunuram. Bu səpkidə etikik çərçivədən kənar bəzi boş-boş şeylər də dedi. Görünür, qeyri-peşəkarsızlıq və qeyri-etiklik Cahangir Hacıyevin getməsi ilə də bu bankda bitməyib".

Əkrəm Həsənov hesab edir ki, çətin durumda olan məhkəmədir:

"Yalnız ona görə yox ki, qanunsuz qərar verəcək. Bizim hakimlərimizin çoxu üçün bu, yenilik deyil. Problem ondadır ki, axı elə bu məhkəmələrimiz dollar krediti olanlara nə faizdə, nə də başqa məsələdə güzəştə getmir. İndi bu qərarda bankın birtərəfli qaydada faiz dərəcəsini azaltmaq hüququnu tanısa, borcluların əlinə yaxşı nümunə vermiş olacaq. Odur ki, borcluları şad xəbər gözləyir!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1469   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 311
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 0
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 0
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 312
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

11:50 0
.

Azərbaycanda makler və övladları bıçaqlandılar

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib

27.04.2024 298
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 201
.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm

27.04.2024 324
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 405