Ağsu aşırımından istifadə edən sürücülərin diqqətinə!

Ağsu aşırımından istifadə edən sürücülərin diqqətinə!Ağsu aşırımındakı sürüşmə ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti çətinləşib.Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar olaraq, İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürüşmə ilə əlaqədar olaraq, bu gündən həmin yolda hərəkət məhdudlaşdırılıb.

İdarə sürücülərdən alternativ yollardan - Muğanlı-İsmayıllı və Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsindən istifadə etmələrini tövsiyə edir.

Yolda hərəkətin məhdudlaşdırılması təmir işləri başa çatana qədər davam edəcək.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Ağsu aşırımında baş verən sürüşmələrlə əlaqədar Bakı-Şamaxı-Yevlax magistral yolunun müəyyən hissələrində nəqliyyatın hərəkəti çətinləşib. Bunu bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, müəyyən hissələrdə yol olduqca ensiz vəziyyətə gəlib. Nəqliyyatın hərəkətinin dayandırılmaması üçün müəyyən bərpa işləri görülür.

Baş mühəndis bildirib ki, əgər sürüşmənin intensivliyi davam edərsə, mövcud qırılmalar və sürüşmə müstəvilərinin daş hissələrinin yollara doğru hərəkəti davam edərsə, yolun 3 və ya 4 hissəsində nəqliyyatın hərəkəti üçün çətinliyin yaranacağı gözlənilir.

Niftiyev hazırda Ağsu aşırımındakı sürüşmələrdə aktivliyin müşahidə edildiyini söyləyib. Onun dediyinə görə, sürüşmə sahələrinin, demək olar ki, hamısında aktivlik qeydə alınır.

Niftiyev deyib ki, Ağsu aşırımında hansısa tədbirlərin görülməsi artıq çox gecdir. Orada dəqiq mühafizə tədbirləri həyata keçirməkdən ötrü olduqca irimiqyaslı, dəqiq mühəndisi-geoloji planlama işləri aparılmalıdır. Bu işlərin həyata keçirilməsi üçün uzun müddət - ən azı, 1 il lazımdır. Ərazidə görüləcək mühafizə tədbirləri də həmin tədqiqatların nəticəsində müəyyən olunacaq.

Baş mühəndis dünən Bakı-Şamaxı-Yevlax magistral yolunun 103 və 156-cı km-liyində aidiyyəti qurumların iştirakı ilə aparılmış monitorinqlərin başa çatdığını və hazırda monitorinqin nəticələri haqqında hesabatın hazırlandığını bildirib.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1719   Tarix: 09 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 216
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 265
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 109
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 224
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 779
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 2908
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 463
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 125
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 247