Həkimdən biabırçı bəyanat: "Atası öldükdən sonra doğulan uşağa ata soyadı verilə bilməz"

Həkimdən biabırçı bəyanat: "Atası öldükdən sonra doğulan uşağa ata soyadı verilə bilməz"Şəki rayon Göybulaq kənd sakini Nurəhmədova Hərzad Balası qızı Bizim Yol-a şikayət ərizəsi ilə müraciət edib. Onun nəvəsi Novruzova Sevinc Fərhad qızı 2016-cı ildə ailə qurub.
Toy qabağı qaynanası gəlinin şəxsiyyət vəsiqəsini alaraq rəsmi nikah kəsdirəcəyini elan etsə də, bunu etməyib. Sevinc el adətiylə ailə qurub. Toydan 3 ay sonra kürəkən ağır xəstəliyə tutulub və 2017- ci ilin əvvəlində vəfat edib. O vəfat etmədən öncə Sevinc hamiləymiş.

Kürəkən dünyasını dəyişdikdən iki ya sonra dünyaya gələn uşağa hazırda oğlanın ata- anası sahib durmaq istəmirlər. İki ailə arasında qalamaqal yaşanıb və Sevinc ata evinə geri dönüb.

Hərzad Nurəhmədova gəlinin cehizlərinin geri qaytarılması və uşağa atasının soyadının verilməsi tələbi ilə qarşı tərəfə müraciət etsə də, onlar buna razılıq vermək istəməyiblər. Qarşı tərəf uşağın onların olmasını inkar etmir, lakin heç bir vəchlə ona atasının ad və soyadının verilməsini də istəmirlər. Nurəhmədova Hərzad məsələylə bağlı Şəki rayon məhkəməsinə müraciət edib və vəkillə təmin olunub. Vəkil Məmməd Məmmədova dərdlərini hər tərəfli anlatsalar da, vəkil yalnız bir məsələ üzrə məhkəmə iddiası qaldırıb. Gəlinin cehizlərinin yarısının geri alınması iddiası ilə. Uşaqla bağlı heç bir tədbir görülməyib. Hakim Elçin Mehdiyevvin sədrliyi ilə keçirilən məhkəmədə gəlinin cehizlərinin yarı bölünməsinə qərar verilib. Vəssalam.

İndi qapı-qapı düşüb ədalət axtaran Hərzad nənəyə hüquqlarını yaxşı bilmədiyinə görə hərə bir nağıl oxuyur. Şəki Şəhər Mərkəizi Doğum Evinin baş mama həkimi Təranə xanım bildirib ki, atası öldükdən sonra doğulan uşağa atasının adı verilməməlidir. Bu nə biabırçılıqdır? Belə çıxır ki, yüzlərlə, minlərlə şəhidimizin balası atasının adını daşıya bilməz? Bu qanunu kim icad edib? Hansı səlahiyyətlə həkim qapısına sənəd üçün gəlmiş ağbirçəyi belə ağlasığmaz bəyanatla yola sala bilir?

İş tapşırılan vəkilə məsələ hərtərəfli izah olunubsa və bir hüquqşünas kimi o iki məhkəmə iddiası ilə çıxış edilməli olduğunu Hərzad nənəyə niyə başa salmayıb, onu 7 ay süründürməli idi? Belə olan halda o öz reputasiyasını kölgə altına alıb, başqa maraqlara xidmət edirmiş kimi şübhələr yaradır.

Məsələylə bağlı Hərzad Nurəhmədovanın iştirakı ilə Bizim Yol olaraq Ədliyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mütəxəssisi bildirdi ki, Şəki Rayon Məhkəməsinin cehizin yarı bölünməsi ilə bağlı verdiyi qərar haqsızdır. Ümumiyyətlə, bu vəziyyətdə iki məhkəmə iddiası qaldırılmalı idi. Cehizin tam geri qaytarılması və uşağa varislik hüququnun verilməsi ilə bağlı. Burda vəkilin səriştəsizliyi özünü göstərib.

Məsələylə bağlı üz tutuduğumuz məşhur hüquqşünas, vəkil Əkrəm Həsənov da eyni fikir bildirib: "Mövcud durumda gəlin boşanıbsa ona verilən cehiz tamamilə geri qaytarılmalı, və hətta işlədilmiş cehiz əşyalarının da pulu ödənilməlidir. O ki , qaldı uşağın ata tərəfdən qohum əqrəbalarının ona atasının ad və soyadını vermək istəməməsinə, bu onların istəyi ilə həll olunmur. Uşaq qanunən atasının varisidir və onun soyadını daşımalıdır. Bu barədə VVAQ şöbəsi də sənəd verə bilər və hətta verməzsə VVAQ şöbəsi də məhkəməyə verilə bilər"

7 aylıq məsum körpənin hüquqlarını tam bərpa edənə qədər onun yanıda olub, məsələni diqqətdə saxlayacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1718   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 140
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

06.05.2024 152
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 9715
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 418
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 633
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 196
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 159
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

06.05.2024 469