Kərim Rəhimi hədələdi: "Ayağımın bildiyini başın bilmir"

Kərim Rəhimi hədələdi: "Ayağımın bildiyini başın bilmir"Müğənni Kərim Abbasov küsülü olduğu Rəhim Rəhimli ilə aralarında olan qalmaqaldan danışıb.

BiG.AZ-ın məlumatına görə, "Show time" verilişinə qonaq olan sənətçi həmkarını parodiya edərək aralarında olan incikliyin səbəbini açıqlayıb:

"Hərdən elə bir insanlardan elə şeylər görürəm ki, doğrudan şoka düşürəm. Biri var ki, mənim bir insanla münasibətim yoxdur, o da çıxıb mənim ünvanıma söz atır. Bunu haradasa normal qəbul edə bilərdim. Amma o mənim, mən onun evinə dəfələrlə getmişəm, süfrəsinin başında oturmuşam. Hər dəfə də aramızda sənətdən və digər mövzularda söhbətlərimiz olub. Amma çıxıb maqazin proqramlarının birində deyir ki, Kərim 10 nəfərin içində elə söz deyə bilər ki... Yəni ağzının danışığını bilmir. Mən də onun sözlərinə şok oldum. Dedim ki, bu nə danışır? Yəni 9 milyonun içində mənə "ağzının danışığını bilmirsən" dedin. Camaat mənim etik normalarımdan, danışıq mədəniyyətimdən danışır.

Mənim barəmdə SSR-nin xalq artisti Zeynəb Xanlarova o boyda məqalə çıxardıb. İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova hamısı mənim danışığımdan, mədəniyyətimdən, etik normalarımdan, ifa tərzimdən danışır. O mənim haqqımda söz dedi, mən də cavab verdim.

Sonra çıxıb deyir ki, hansısa söhbətləri çıxıb danışmaq tərbiyəsizlikdir. İlk növbədə sən çıxıb efirə tərbiyəsizcəsinə söz atırsan, düşünmürsən ki, mənim də sənə cavabım olacaq. Onun 41 yaşı var, dediyi sözü dərk etməli, mənə zəng vurmalı idi. Amma gördüm ki, zəng eləmədi. Bəlkə də bu söz-söhbətlər onun özünə lazım idi.

Rəhim, mənim haqqımda fikir bildirmək sənin üçün tezdir. Rəhim Rəhimli müğənni deyil. Özü də bunu etiraf edib. Müğənni deyilsənsə, müğənni haqqında danışma. Mənim musiqidə bildiyimi sənin başın bilmir. "Müğənni" sözünü ağzına alıb danışma. Bu elə bilir ki, böyük sənətkardı, bizə tərbiyə verir. Onun özünə tərbiyə verən lazımdır".

Kərim onu da əlavə edib ki, R.Rəhimliyə qadağası var:

"Mən ona barəmdə danışmağı qadağa etmişəm. Ümumiyyətlə mənim adımı çəkməsin, yoxsa onun üçün çox pis olar. Qadağaya əməl etməsə, məhkəməyə verməyəcəm. Dilim varsa, dilçəyim də var. O mənə 1 söz atacaq, mən də ona 10 söz deyərəm, onun dəymişi durar, kalı tökülər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 898   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

04.05.2024 2103
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 591
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 968
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1622
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 408
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 358
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1888
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 313
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1042