Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - TƏFSİLAT

Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - TƏFSİLATVəkil: "Onun azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur"

Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir.

GoldNews.Az-ın musavat.com-a istinadən məlumatına görə, ehtimal olunur ki, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.

Sabiq səhiyyə naziri Əli İnsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyə addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib.
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - TƏFSİLAT"Yeni Müsavat"a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, Əli İnsanovun adı əfv sərəncamına salına bilər: "Əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır. Ali Məhkəmənin qərarı verməkdə gecikməsinə gəlincə isə güman etmirəm ki, bu, əfvlə bağlıdır və ya Avropa Məhkəməsinə müraciəti gecikdirmək məqsədi daşıyır. Hətta onu əfvə də salsalar, Əli İnsanov sonradan qərarını alıb, şikayətini davam etdirə bilər. Gecikmə heç bir halda Avropa Məhkəməsinə müraciətin qarşısını almır. Sadəcə olaraqb ola bilsin ki, gecikdirmədə başqa məqsəd var. Ümumilikdə isə adətən Ali Məhkəmənin qərarı tərəflərə gec göndərilir. Hətta olur ki, bu qərarın göndərilməsi 2 aya qədər çəkir. Baxır hansı kolleqadır. Kolleqanın yükündən asılı olaraq gecikmələr baş verir. Təcrübədə qərarın 15-20 günə verilməsi halı yadıma gəlmir. Ona görə də mümkündür ki, Əli İnsanova da qərarın verilməsi digərlərinə olduğu kimi gecikir".

Vəkil düşünür ki, hazırkı məqamda Əli İnsanovun azadlığa çıxması mümkündür: "Onun azadlığa çıxması əlbəttə ki, mümkündür. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Hətta ömürlük həbsdə olanı da əfvə salıb, azadlığa buraxa bilərlər. Gözlənilir ki, böyük amnistiya olacaq və digər maddələr də ora salınacaq. İndiki halda Əli İnsanovun əfvə və ya amnistiya aktına düşərək azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudne

17:40 157
.

İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMA

18:30 117
.

Erməni barbarlığına tuş gələn Qubadlı məscidi - VİDEO

Uzun illər işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Qubadlı şəhər məscidi də bu abidələr sırasındadır. Belə ki, məscidin içərisində kol-kos bitib, üzəri isə tamamilə dağıdılıb. Baku TV sözügedən dini abidənin görüntülərin

20:10 100
.

Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxslə bağlı qərar verildi

Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib. Bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb. "Slovakiy

15:30 190
.

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib. "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Qəza axşam saatlarında M4 Minsk - Mogilev magistralında

16:40 150
.

Bu günə qədər neçə taksi sürücüsünə buraxılış vərəqəsi verilib? - AÇIQLAMA

Artıq bir aydır ki, istehsal tarixi 15 ili keçməyən nəqliyyat vasitəsinə malik hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan AYNA informasiya sisteminin "Daşıyıcılar" altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əld

14:30 152
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19:50 105
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

15:40 215
.

Dunay çayında gəmilər toqquşub, ölənlər

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Ölkə polisinin məlumatına görə, faciəvi hadis

21:40 16