Əlilin torpağını əlindən necə aldığını Gültəkin Hacıbəylinin yadına saldılar - FOTO

Əlilin torpağını əlindən necə aldığını Gültəkin Hacıbəylinin yadına saldılar - FOTOGültəkin Hacıbəyli özünün "Facebook" səhifəsində 10 il əvvəl cənab İlham Əliyevi dəstəklədiyinə və bu gün fərqli düşündüyünə görə hücuma məruz qaldığı ilə bağlı fikirlər yazıb.

BiG.AZ aktual.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, onu siyasi mövqeyini dəyişdiyinə görə qınayanlar "Facebook"da fəaliyyət göstərən, saxta, adı, soyadı dəqiq olmayan "trollar dəstəsidir".

Gültəkin Hacıbəylinin bu statusuna öz "Facebook" profili ilə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib ki, Gülətkin Hacıbəyli deputat olduğu dövrdə onun təmsil olunduğu Abşeron rayonun bələdiyyəsindən 12 sot torpaq alıb:

"Gültəkin xanım, yadınıza düşür, 2008-ci ildə Mehdiabad bələdiyyəsinə gəlmişdiniz? Həmin illərdə mən Mehdiabad bələdiyyəsi sədrinin müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb - bələdiyyəyə gəlib, iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. "Əlillər" massivindən aldığınız torpağı xatırladınız?! Uca səslə deyirdiniz ki, mən millət vəkiliyəm. Prezident seçkilərində İlham Əliyevin vəkili olmuşam! İndi kimə troll deyirsiniz?! Cəsarətiniz çatırsa, cavab verin! Qorxaq kimi rəyimi silməyi bacarırsınız. Kimsə, sizə şər-böhtan atmır. Keçmişinizi xatırladıb, bilmək istəyirlər ki, cənab İlham Əliyevi dəstəkləyəndə səmimi idiniz, yoxsa indi Əli Kərimlinin yanında dayananda?!"

Niyaməddin Orduxanlının bu rəyinə qarğışla cavab verən xanım siyasətçi deputat olduğu zaman, həqiqətən də, Abşeron rayonundan torpaq aldığını boynuna alıb:

"Yalan deyənin yeddi arxa dönəninə lənət etsin! Mən və ailə üzvlərimiz öz halal pulumuzla (pulu bələdiyyə sədrinə vermişik, özü də bizi aldadıb, baha satdığını sonra öyrəndik) torpaq almışıq. Biz hara deyirdik, sədriniz ora gəlirdi. Rəsmi sənədləri də yenə sədriniz düzəltdi. Yəqin müavin kimi həmin puldan sizə də çatıb".

Bundan sonra Niyaməddin Orduxanlı Gültəkin Hacıbəylinin necə yalan danışdığını sübut edib:

"Kim yalan danışırsa, min lənət olsun! Yaxşı-yaxşı xatırlayın. Hansı axmaq bələdiyyə sədri deputatdan pul istəyərdi?! O zaman adını açıqlayın! Kimə və nə qədər pul vermisiniz?! Özünüz boynuza alırsınız ki, deputat kimi bələdiyyə sədrinə rüşvət vermisiniz! Mən sizin yadınıza salaram! Mehdiabad qəsəbəsində "Əlillər" masivindən qopartdığınız torpağından qonşunuz olan, 1-ci qrup əlil Vüqar Süleymanovun ərazisinin bir hissəsini zəbt etmişdiniz. Qardaşının müdaxiləsindən sonra hasarınızı geri çəkdiniz! Kim böhtan atırsa şərəfsizdir! Torpağın arxasınca özünüz gəlmişdiniz! Mənim otağımda görüşümüz yadınıza düşür?! Bu faktı mən sizə hələ deputat olanda, 2007-ci ildə Qubada keçirilən tədbirdə üzünüzə demişəm. 50 nəfərin yanında. O tədbirdə bələdiyyələri "yığıb" sürüdüz və mən də durub üzünüzə dedim ki, belə olmur, Gültəkin xanım! İclaslarda bələdiyyələri ittiham edib, səhər qapsını kəsdirib torpaq almırlar! Hər kəs mənim bu fikirimi təsdiq edə bilər. Bu gün 50 nəfərin hər biri sağdır! İstəyirsiniz, o adamları bu statusunuza tag edim? Digər tərəfdən, siz izah edin görək, 2 nəfər ailə üzvünüz ola-ola "Əlilər" Masivində 12 sot torpağı niyə alırdınız? Sizin haranız əlil idi ki, məhz əlillərə nəzərdə tutulan torpaq sahəsini götürdüz?! Bütün bunları ona görə yazdım ki, siz deputat olanda sui-istifadələrə yol verirdiniz! İndi kimə troll deyirsiniz?! Deyə də bilmərsiniz!"

Özünün ifşa olduğunu görən Gültəkin Hacıbəyli aldığı torpağı bələdiyyə sədrindən deyil, tamam başqa adamdan götürdüyünü yazıb:

"Rüşvətə gəlincə, biz rüşvət verməmişik. Sədriniz dedi ki, bu torpağı bir nəfər alıb, indi hissə-hissə satır".

Niyaməddin Orduxanlı cavabında onun gülünc vəziyyətə düşdüyünü xatırladıb:

"Gültəkin xanım, yalançının yaddaşı olmur deyirlər. Bu dəqiqə yüzlərlə, minlərə adam sizə gülür. Bir saat qabaq yuxarıdakı rəyinizdə yazmışdınız ki, bələdiyyəyə pul vermisiniz və o puldan bələdiyyə sədri müavin kimi mənə də verib. Danışdıqca batırsınız! Görürsünüz, fakt qarşısında qalanda özünüzü itirirsiniz və nə danışıdığınızın fərqində deyilsiniz. Ona görə də, insanların sizin keçmişinizi xatırlatmağını normal qarşılayın və özünüzün keçmişinizi unutmayın!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 220
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 233
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 859
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 195
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 391
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 559
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 176
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 262
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 292