"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏ

"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏMəşhur türkiyəli aktyor, "Kara sevda" serialındakı Burak obrazı ilə qızların sevimlisinə çevrilən Burak Özçivitin azərbaycanlı oxşarı Bəkir Bəkirzadə BiG.AZ-ın qonağı olub.

Özünün dediyinə görə, "azərbaycanlı Burak" kimi tanınan Bəkir həm şəxsi həyatı, həm işi, hazırki məşğuliyyəti ilə bağlı açıqlamalar verib.

B.Bəkirzadə ilə müsahibəni təqdim edirik:

- Türkiyəli aktyor, qızların sevimlisi Burak Özçivitə bənzərliyin var. İndi bizə danış görək, necə oldu ki, səni "kəşf etdilər"?

- Fitness-spa mərkəzində işləyirdim. Bir gün içəri daxil olanda bir xanım məni görəndə təəccüblə gözlərimə baxaraq "Aman Allah, necə Kamala oxşayır" deyə qışqırdı. Mən də bir anlıq tutuldum, fikirləşdim ki, Kamal kimdir görəsən. Çünki həmin vaxt əksəriyyət sözügedən serialı izləsə də mən baxmırdım. Kamalın kim olduğunu biləndən sonra "qaqaş"ın stilini bəyəndim, saçımı, saqqalımı onun kimi düzəltməyə başladım. Beləcə, Burakın kumiri oldum.

- Burak Özçivit dəfələrlə Bakımızın qonağı olub. Qızlarımız da sosial şəbəkələrdən izlədiyiniz kimi necə canfəşanlıq etdiyini gördün. Onların bu hərəkəti sosial mediada çox müzakirə olundu və qınanıldı. Sənin buna münasibətini öyrənmək istərdik.

- Bəli, gördüm. Amma əcnəbi ölkələrə baxanda Azərbaycanda qarşılanma çox zəif idi. Nə olsun ki, qızlar onu görəndə qışqırıb canfəşanlıq edirdi, amma ümumilikdə qarşılanma aşağı səviyyədə idi. Yəqin ki özü də belə münasibət gözləmirdi. Çünki öz şəxsi instagram hesabından Bakı və Azərbaycanla bağlı bütün paylaşımlarını da sildi. Bir sözlə, Burakın gözlədiyi kimi alınmadı. Aprel ayında "Can feda" filminin qala gecəsi olacaq. Məncə, Burak bu cür məsuliyyətsiz yanaşmanı görüb bir də Bakıya gəlməyəcək.

- Bir az da səndən danışaq. Buraka bənzədiyin üçün film təklifləri alırsanmı?

- Bəli, təkliflər alıram. Amma hələ ki heç birini dəyərləndirmirəm. Bir müddət gözləmək istəyirəm. Elə filmə çəkilmək istəyirəm ki, baş rolda oynayım, o filmdə özümü görüm. Məsələn, bir xanımı sevim, amma o məni sevməsin. Mən onu əldə etmək üçün mübarizə aparım. Belə bir ssenari olsa, sevə-sevə qəbul edərəm.

- Hazırda nə işlə məşğulsan?

- Futbolla məşğulam. Futbolu çox sevirəm. Hətta futbola görə ali təhsil almamışam. Sənədlərimi İncəsənət Universitetinin aktyorluq fakultəsinə vermişdim. 2011-ci ildə istədiyim fakultəyə daxil oldum, amma həmin ərəfədə futbola görə bir sıra ölkələrə getməli oldum, buna görə də universitetə getmədim. Amma səhv etmişəm. Çünki fikirləşirəm ki, İncəsənət Universitetində təhsil alsaydım, aktyorluq sahəsində uğurlarım olardı. Amma oxumaq gec deyildir təsəllisi ilə yaşayıram (gülür).

- Bir az da şəxsi həyatdan danışaq. Qızların "sinov getdiyi" Burakın oxşarı Bəkir evlidir, yoxsa subay?

- (gülür) Subayam. Sevgilim var idi, amma məndən ayrıldı. Çünki məni dəlicəsinə qısqanırdı. Hətta o dərəcəyə çatmışdıq ki, məhz ona görə bir müddət sosial şəbəkələrdən uzaqlaşdım. Amma qısqanclığın sonu yox idi, qərar verdik ki, ayrılaq.

- Bəs həmin xanım qayıtsa qəbul edərsən?

- Xeyr, qəbul etmərəm.

Elman Məmmədov

"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏ"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏ"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏ"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏ"Sevgilim çox qısqanc idi, məndən ayrıldı..." - Burak Özçivitin azərbaycanlı oxşarı Bəkirlə MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5035   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697