Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....

Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....Sözsüz ki, Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Bu məsələnin bütövlükdə Milli Ordunun döyüş qabiliyyətinə təsir edən amillərdən olduğunu vurğulayan ekspertlər gənclərin ilkin hərbi hazırlığı məhz orta məktəblərdə almalı olduğunu bildirirlər. Mütəxəssislər, bu sahədə vəziyyətin ciddi şəkildə araşdırılmasına və təsirli tədbirlərin görülməsinə ehtiyacın olduğunu deyirlər.

Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....Bu məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirib ki, son vaxtlar hərbi dərslərin tədris olunması ilə bağlı xüsusi diqqət göstərilir: "Oğlanlar 15-16 yaşlarında fiziki yoxlanışdan keçirlər. Onların hərbiyə yararlığı yoxlanılır. Əgər onun tibbi və psixoloji problemləri yoxdursa hərbi xidmətə göndərilir. Əsgərliyə gedən kimi oğlanlar birbaşa hərbi işə cəlb olunmur. Müəyyən vaxt təlim məntəqələrində saxlanılırlar. Həmin təlim məntəqələrində silahla davranış, yemək qaydaları müəyyənləşdirilir. Əslində orta məktəblərdə və hərbi xidmətdə çağrışçılarla psixoloji işlər aparılmalıdır. Statistikada da göstərilir ki, daha çox problem hərbi xidmətə yeni çağırılanda və başa çatan zamanlarda olur. Əsgərin səbri çatmır və yaxud da hər hansı bir narahatçılığı olur. Bir sözlə psixoloji işi gücləndirmək lazımdır. Hərbi çağırış zamanı psixatrlarla yanaşı yaxşı olar ki, psixoloqlar da onlarla görüşsün. Bu görüş zamanı onların hərbi xidmətə yararlı olub olmamaqları aydınlaşacaq".

Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....Hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, 1937-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün ölkə ərazisindəki məktəblərdə hərbi vətənpərvəlik və dərnəkləri yaradıldı: "Burada orta məktəbləri bitirənlərə silahla davranış qaydaları, hərbi normativləri öyrədilirdi. Həmçinin kiçik nəzəri biliklər aşılanırdı. Ən önəmlisi isə psixoloji hazırlıq keçirdilər. Bütün sovet dövründə yaşayan oğlanlar və qızlar bu mərhələni keçirdilər. Hərbi hazırlıq dərslərində istehsal olunmuş silahlardan, minalarda və digər hərbi sursatlardan istifadə qaydaları əyani olaraq tədris olunurdu. Müstəqillik qazandıqdan sonra bu proses bir müddət davam etdirildi. Ancaq müəyyən zamandan sonra xüsusilə cəbhəboyu ərazilərdə yerləşən rayonlardakı məktəblərdəki təlim silahları sıradan çıxdı. Bunların bir çoxu da modelləşdiyinə görə döyüşdə istifadə olundu. 2000-ci illərin əvvəllərində Azərbaycan Avropa Şurasının qarşısında öhtəlik götürdü. Bu öhtəliyə görə yalnız nəzəri biliklər əsasında hərbi dərslər keçirilməyə başlanıldı. Hərbi hazırlıq dərsləri Sovet dövründəki kimi dərindən öyrədilmədi. Təlim silahlarından istifadə olunmur. Şagirdlər təlim mərkəzklərinə aparılmır. Nəticədə də Azərbaycan yeniyetmələri həqiqi hərbi xidmət yaşına çatdığı zaman müəyyən problemlərlə üzləşirlər. Bu problemlər psixoloji problemlərdir. Yəni mühitə adaptasiya dövrünü uzadır".

Ekspert vurğulayıb ki, hərbi hazırlıq dərsləri dərindən aparılmalıdır: "Çünki Azərbaycan müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlı hər bir gənc atıcı silahlardan istifadə qabiliyyətinə malik olmalıdır. Lakin təəssüf ki, bu yalnız silahdan istifadə yalnız hərbi xidmətdə öyrədilir. Bundan bağlı ölkənin tanınmış şəxsləri, ekspertlər öz fikirlərini bildirib.Ancaq Təhsil Nazirliyi beynəlxalq standartları əsas gətirərək dərsliklərdə yenilik etmək fikrində deyil. Hərbi hazırlıq dərsliyinin özündə də problemlər var. Şəkillər köhnədir. Mənə bəzən elə gəlir ki, bu dərslikləri hazırlayan şəxslər hərbi billiyi aşağıdır. Hərbi elə bir sahədir ki, konkret ixtisaslar üzrə dərsliklər yazılmalıdır".

Ramil Məmmədli psixoloji durumun fərddən aslı olduğunu da bildirib. "Həqiqi hərbi xidmətə gedən şəxs orda qarşılaşdığı hər hansı çətinliyə tap gətirməlidir. Hərbi xidmətə ilk gündə adaptasiya olanlar da var. Bir neçə aya öyrəşənlər də olur. Bunu sırf tədrislə bağlanmaqla düzgün deyil. Gənclərimiz hərbi xidmətə hazırlıqlı getməlidir. Əlbəttə bu hazırlıq orta məktəblərdə aparılmaldır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2325   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826