Azərbaycanda polis əməkdaşları suya atılıb ana ilə körpəsini boğulmaqdan belə xilas etdi - FOTO

Azərbaycanda polis əməkdaşları suya atılıb ana ilə körpəsini boğulmaqdan belə xilas etdi - FOTOXəbər verdiyimiz kimi, dünən Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb. Hadisə Bakı-Qazax yolunun 259-cu kilometrliyində - Ağdaş rayonu Aşağı Ləki kəndindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ana və azyaşlı uşağı yol polisi əməkdaşları xilas edib. Belə ki, axşam saat 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən "Mercedes" markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Təxminən 19-20 yaşlarında bir qadın və qucağındakı 6 aylıq körpəsinin kanala düşən avtomobilin içində köməksiz vəziyyətdə qaldığının şahidi olan YPX əməkdaşları tez kanala girərək avtomobilin qapısını açıb və qadınla uşağı xilas ediblər. Qadın boğulmaq üzrə imiş. Körpəsini isə yuxarı qaldıraraq boğulmaqdan xilas edən ananı son anda yol polisləri maşından çıxara biliblər.

Yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır. 8-ci tağımın komandiri, polis mayoru Etibar İbrahimov bildirdi ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanda polis əməkdaşları suya atılıb ana ilə körpəsini boğulmaqdan belə xilas etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1883   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693