"Prezident mənə "Əməkdar artist" adını verib, sən kimsən mənə "manıs" deyirsən?" - Vasif əsəbiləşdi

"Prezident mənə "Əməkdar artist" adını verib, sən kimsən mənə "manıs" deyirsən?" - Vasif əsəbiləşdiARB kanalında efirə gedən "Səhər-səhər" proqramında Əməkdar artist Vasif Məhərrəmlinin "Səməd Vurğundan böyük şairəm" deyənin ağlında çatışmazlıq, problem var" sözlərinə tanınmış şair Şəhriyar Del Geraninin sərt reaksiya verməsi qalmaqala səbəb olub.

Del Geraninin açıqlaması və onun haqqında dediyi sözləri eşidib hiddətlənən Əməkdar artist oxu.az-a açıqlama verib.

O bildirib ki, verilişdə heç kimin adını çəkməyib:

"Mənə sual verildi, mən də dedim ki, kimliyindən asılı olmayaraq, heç kimin ixtiyarı yoxdur ki, yüz ilin brendi olan şairi aşağılasın. Səməd Vurğun zamanında rusiyalı şairləri, yazıçıları Azərbaycan torpağında diz çökdürüb, bənövşəni onlara dibindən iylətdirən biri olub.

Sonradan onlar başa düşüblər ki, sən demə, Səməd Vurğun bütün bunları gülə görə etməyib, ona görə edib ki, həmin şairlər bizim torpaqlarımızda diz çöksünlər. Onlara deyib ki, bənövşəni qırıb iyləməyin, onun qoxusunu tam dərk etmək üçün əyilib yerdən – torpaqda ola-ola iyləmək lazımdır.

Səməd Vurğun bütün bunları edən adamdır. Yazıları isə göz önündədir. Onu qəbul etməyən adamın şairlikdən xəbəri ola bilməz. Azərbaycan modelinin qurucusu, Ulu Öndərimiz Heydər Əliyev cəmi bir dəfə – gözləri dolaraq şeir dedi. Həmin şeir də Səməd Vurğuna aid idi. Sən kim olursan, Səməd Vurğunun şeirini bəyənmirsən?"

Məhərrəmli Şəhriyarı tanımadığını, onun azərbaycanlı olmasına şübhə ilə yanaşdığını deyib:

"Sözügedən şairi tanımıram. İndi gördüm ki, Şəhriyar Del Gerani adlı şair var.

Birincisi, onun azərbaycanlı olmasına şübhə ilə yanaşıram. Azərbaycan torpaqlarında yaşayıb, onun vətəndaşı olan bir adamda indiyədək "Del" adlı soyad görməmişəm. Ola bilsin, o, İspaniya milli yığmasının keçmiş baş məşqçisi Visente Del Boskenin qohumudur, ispan əsillidir.

Yüz illərdir brend olan bir şairə böhtan atmaq, onun haqqında nəsə demək insanlığa sığışmayan bir şeydir. Elza Seyidcahan Şəhriyardan yaxşı şairdir. Elzanın "Bığ" şeirini də ona həsr edirəm".

Əməkdar artist Şəhriyarın "Vasif "Azərbaycan mənim vətənimdir" cümləsini morfoloji təhlilə çəksin, şəxsi avtomobilimi ona hədiyyə edəcəm" sözlərinə sərt reaksiya verib:

"Mən Vasif Məhərrəmli adı olaraq ölkənin brendləşmiş müğənnisiyəm. Öz sənətimdə peşəkaram. Mən bunu edə bilərəm, ancaq mənim hansısa bir cümləni morfoloji təhlil etməyimə ehtiyac yoxdur.

Ümumiyyətlə, sən kimsən ki, məni test edirsən? Gəl, səni göndərək Yazıçılar Birliyinə, görək, sən şairliyə yarayırsanmı? Gerani deyir ki, maşınımı ona hədiyyə edəcəm. Gəlin, şəhərə sorğuya çıxaq.

Şəhərdə Del Boskenin qohumu olan "Del Bərqərari"ni beş adamdan biri şair kimi tanısa, maşınımı yox, onun "zapas" təkərini Şəhriyara hədiyyə edəcəm. Avtomobilimin təkəri ilə onun maşını eyni qiymətədir".

Geraninin "Vasif Məhərrəmli manıslıqla məşğul olur" sözlərini də cavabsız qoymayıb:

"Bu ölkənin prezidenti mənə "Əməkdar artist" fəxri adını verib. Sən hansı ixtiyarla mənə "manıs" deyirsən? Sən heç ömründə "Xalq şairi" ola biləcəksənmi, ay bədbəxt, ay saqqal?! Sən özün kimsən? Bığının altındakı saqqalından bir utan!

İndiyədək Azərbaycan şairlərinin hansının dodağının altında elə saqqalı olub? Mömin qardaşlarımız məndən inciməsin. Müsəlmanın saqqalı olar, bunun kimi yox!"

Qeyd edək ki, Şəhriyar Del Gerani Kulis.az-a açıqlamasında Vasif Məhərrəmli haqda bu sözləri demişdi:

"Vasif Məhərrəmli haqlıdır. Həqiqətən, mənim əqli problemlərim var. Belə olmasaydı, Azərbaycan kimi cəmiyyətdə elmlə, ədəbiyyatla, maarifçiliklə deyil, manıslıqla məşğul olardım. Kef eləsinlər, cəmiyyət onların cəmiyyətidir.

Başda Elgiz olmaqla, digər televiziya jurnalistlərinə analoji polemik müstəvilər verin, müzakirə etsinlər. Məsələn, Axundov Füzulini şair hesab etmirdi. İsrail Məmmədovu çağırıb bunu müzakirə etmək olar. Və ya Səməd Vurğun Hüseyn Cavidi şarlatan adlandırmışdı və onun ədəbiyyata dəxli olmadığını demişdi.

İbrahim Borçalı ilə də bunu müzakirə etmək olar. Hər şey bir yana, Azərbaycan dilini ana dilim adlandıran, dil mənim namusumdur deyən və bu dildə bütün günü toyxanalarda sağa-sola oxuyub, pul qazanan müğənni dostumuza sadə bir test tapşırığı verirəm. Bu tapşırıqdan məharətlə çıxsa, bütün media və oxucuların qarşısında söz verirəm ki, şəxsi avtomobilimi ona hədiyyə edəcəm.

Siz zəng edin ona, səsini də yazın. "Azərbaycan mənim vətənimdir" cümləsini morfoloji təhlilə çəksin. Çox xahiş edirəm, səsini mütləq yazın. Yox, əgər bilməsə, getsin, Baloğlan Əşrəfovun "Ay uçan quşlar" mahnısına təzədən qulaq assın. Eşqlərimlə!"


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 931   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

TOP MP3