Leyla Əliyeva tanınmış rəssamın sərgisində - FOTOLAR

Leyla Əliyeva tanınmış rəssamın sərgisində - FOTOLARBakıda, Heydər Əliyev Mərkəzində "Alfons Muxa: gözəllik axtarışında" adlı sərgi açılıb.

BiG.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Muxa Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərginin açılış mərasimində bu fondun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa sərginin bu möhtəşəm binada təşkil olunmasından məmnunluğunu vurğulayaraq deyib: "Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər edəcəyəm". Con Muxa qeyd edib ki, 2018-ci il Çexiya, istərsə də Azərbaycan üçün mühüm ildir. Belə ki, bu il Çexiya dövlətinin qurulmasının 100 illiyi qeyd edilir. Eləcə də bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunacaq.

"Siz sərgidə babamın əsərləri ilə ölkəniz arasında bir sıra bağlantını duyacaq və müşahidə edəcəksiniz", - deyən Con Muxa dünya şöhrətli rəssamın əsərləri sırasında Sibirdə bir qadının əks olunduğunu, həmin qadının məhz şal ilə təsvir olunduğunu qeyd edib.

Rəssamın nəvəsi diqqətə çatdırıb ki, kəşməkəşli vaxtlarda, böhranların hökm sürdüyü zəmanədə yaşamış babasının yaratdığı əsərlərin əsas məqsədi insanlar arasında körpülər salmaq, münaqişələrə yol verməmək olub.

Sərginin kuratoru Tomako Sato Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Alfons Muxanın sənətinə bu cür qayğı ilə yanaşmasını, bu layihənin gerçəkləşdirilməsində göstərdiyi dəstəyi vurğulayaraq ona dərin təşəkkürünü bildirib. O deyib: "Bu sərgidə rəssama məhz dünya şöhrəti gətirən əsərləri nümayiş etdirilir. O, əsərlərində adi təbii hüdudları aşaraq, ümumiyyətlə, bəşəriyyətə aid ideyalar arasında bağlantı yaradıb, ideyaların əsasında duran mənanı öz əsərləri ilə canlandırıb. O, əsərlərini Çexiya torpağında yaratsa da, ismarıcını bütün dünyaya ünvanlayırdı".

Sərgilənən əsərlərdə rəssam ilə Azərbaycan arasında bağlantı olduğunu diqqətə çatdıran kurator deyib: "Ötən ilin oktyabr ayında sizin gözəl şəhərinizdə oldum. Muxanın həndəsi elementlərini, onun çəkdiyi xətləri Azərbaycanın ən mühüm memarlıq nümunələrində gördüm. Rəssamın yaratdığı əsərlərdə Azərbaycanın birləşdirici rolunu, xüsusən ölkənizin Şərq ilə Qərbin qovuşuğunda yerləşməsindən irəli gələn birləşdirici rolunu özündə ehtiva edən motivlər və nümunələr var. Bu sərgi həm də yeni dialoq formasıdır ki, bu da Şərq ilə Qərb arasında daha çox yaxınlaşmağa xidmət edəcək".

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri təqdim edilir.

Sərgidə Alfons Muxanın 80-dən çox əsəri – rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.
"Art Nuvo" (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860–1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb.

Alfons Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı "Jismonda" tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən rəssam Fransanın "Şampenua" nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb, müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət qazanıb.

1906–1910-cu illərdə ABŞ-da yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub, Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib.

Alfons Muxa 1910-cu ildə, təxminən 25 illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət "Slavyan dastanı" əsərini yaradıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, "Art Nuvo" hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.

Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən "Jismonda" afişası da var.

Sərginin maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur "Səhrada qadın" əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.

Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.
Leyla Əliyeva tanınmış rəssamın sərgisində - FOTOLARLeyla Əliyeva tanınmış rəssamın sərgisində - FOTOLARLeyla Əliyeva tanınmış rəssamın sərgisində - FOTOLARLeyla Əliyeva tanınmış rəssamın sərgisində - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 420   Tarix: 17 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 176
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29.04.2024 953
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

29.04.2024 297
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 379
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 234
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 208
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 187
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

29.04.2024 558