Lavrov: "Amerika kürdləri silahlandırıb"

Lavrov: "Amerika kürdləri silahlandırıb"

"Amerika Ankaranın xəbərdarlıqlarına əhəmiyyət verməyib".

BiG.AZ xəbər verir ki, 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov Euronews-a açıqlama verib. Bir sıra məsələlər barədə danışan nazir Türkiyə ilə Amerika arasındakı münasibətlər barədə də fikirlərini söyləyib. O, bildirib ki, Amerika Türkiyənin sərhədində məskunlaşan terrorçuları silahla təmin edir.

"Türkiyə Suriyadakı bəzi qruplaşmaların, başqa ölkələr tərəfindən də terror təşkilatı kimi tanınan PKK ilə əlaqəli olduğunu düşünür. Türkiyə dəfələrlə bildirmişdi ki, Suriya ilə sərhədindəki bölgədə hakimiyyətin kürdlərin əlinə keçməsinə mane olacaq. Amma Amerika onun xəbərdarlığına əhəmiyyət vermədi və kürdləri silahlandırdı", - Lavrov söyləyib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 388 Tarix: 17.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər