"AST Telman"la bağlı istintaq yekunlaşdı: "Günahkardır..."

"AST Telman"la bağlı istintaq yekunlaşdı: "Günahkardır..."Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov ("AST TELMAN") barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumatda bildirilir ki, T.İsmayılov və qardaşı Rafiq İsmayılov 2016-cı ildə Moskva vilayətində iki nəfərin ölümündə günahkar bilinirlər. Qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, "AST Telman"ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaq bu qənaətə gəlib ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə "AST Telman"ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

"AST Telman"la bağlı istintaq yekunlaşdı: "Günahkardır..."T.İsmayılova ikinci ittiham "Lyublino motors" şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, "AST Telman"ın daha bir qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır və o da axtarışdadır.

"AST Telman"ın şərləndiyini deyilsə də, məlumdur ki, qardaşları "satan" təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına "kölgələri" qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

T. İsmayilov ötən ilin noyabrında videomüraciət yayaraq təslim olmayacağını, əksinə, ona qarşı olanları cəzalandırmaq üçün hərəkətə keçəcəyini demişdi.

Səs yazısı olan müraciətdə T.İsmayılov bunları demişdi: "9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım ərzində bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə, istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Mən uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib: mənim haqqımda, Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı, guya mən orada qaçaqmalçılıqla məşğulam… O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi "YouTube"da yaymağa hazıram. Artıq bəsdir! Mənim də deməyə sözüm var – nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəs barmağıyla yuxarını göstərir. Deməli, söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq".

T.İsmayılov barəsində qiyabi həbs qərarını ötən ilin oktyabr ayının 30-da çıxarıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib.(musavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1291   Tarix: 16 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3